66-cı dəqiqədə İfeanyi Metyu "Neftçi"nin ikinci qolunu vuraraq komandasının hesabda önə çıxarıb.
19:18
"Sumqayıt"ın futbolçusu Nikola Ninkoviç 53-cü dəqiqədə komandasının bərabərlik qolunu vurdu - 1:1.
18:38
Fredi Varqas 36-cı dəqiqədə penaltidən fərqlənərək "Neftçi"ni hesabda önə çıxardı - 0:1.
17:59
Misli Premyer Liqasında 26-cı turun bu gün keçirilən ikinci qarşılaşması - "Sumqayıt" - "Neftçi" qarşılaşması başladı.
17:14
Bu gün Misli Premyer Liqasında 26-cı turun daha bir görüşü Sumqayıtda keçiriləcək.
İdman.Biz xəbər verir ki, "Sumqayıt" "Neftçi" ilə qarşılaşacaq.
Artıq hər iki komandanın start heyəti bəlli olub:
"Sumqayıt": 1. Mehdi Cənnətov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 24. Sənan Muradlı 75. Nadir Orucov 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç 72. Rayan Senhadjic 6. Sedrik Badolo 95. Nsana Simon
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 21. Nihad Əhmədzadə 37. Nihad Orucəli 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 71. Masaki Murata 11. Aleksa Yankoviç
Baş məşqçi: Saşa İliç
"Neftçi":13. Kenan Piriç (k) 4. Elvin Camalov 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 70. Andrey Ştoqrin 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub
10:22
Bu gün futbol üzrə Misli Premyer Liqasının 26-cu turunun ikinci oyununda "Sumqayıt" və "Neftçi"ni qəbul edəcək.
İdman.Biz xəbər verir ki, saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq Kamal Umudlu idarə edəcək.
"Sumqayıt" 32 xalla turnir cədvəlində yeddincidir. 37 xala malik "Neftçi" isə rəqibindən bir pillə öndədir. "Ağ-qaralar"a beşinci pilləyə yüksəlmək üçün mütləq qələbə lazımdır.
Misli Premyer Liqası
Üçüncü Dövrə, 26-ci tur
5 aprel
18:00. "Sumqayıt" - "Neftçi"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Əli Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu