top
Sabah UEFA-dan minimum 8,98 milyon avro qazanacaq Idman.biz
12 avqust 2026, 10:22
- ↺ +

"Sabah" UEFA-dan minimum 8,98 milyon avro qazanacaq

Azərbaycanın "Sabah" futbol komandası Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməklə UEFA-dan minimum 8,98 milyon avro (təxminən 17,9 milyon AZN) gəliri təmin edib.

İdman.Biz xəbər verir ki, bu məbləğ "Sabah"ın pley-offda İsrailin "Hapoel Beer-Şeva" komandasına uduzacağı və daha sonra Avropa Liqasının əsas mərhələsində səkkiz oyunun hamısında məğlub olacağı ən pis ssenari üzrə hesablanıb.

Çempionlar Liqasının pley-offunda mübarizəni dayandıran klublara 4,29 milyon avro (təxminən 8,51 milyon AZN) ödənilir.

Belə komandalar avtomatik olaraq Avropa Liqasının əsas mərhələsinə düşürlər. Burada iştiraka görə əlavə 4,31 milyon avro (təxminən 8,55 milyon AZN) nəzərdə tutulur. Hətta "Sabah" səkkiz matçın hamısında uduzaraq 36-cı yeri tutsa belə, turnir cədvəlindəki mövqeyinə görə daha 75 min avro (təxminən 149 min AZN) əldə edəcək.

Bundan başqa, klub əmsalı, televiziya bazarı və digər kommersiya göstəriciləri ilə bağlı ödənişlər də nəzərə alınır. Hesablamalara görə, "Sabah" bu istiqamətdə minimum 307 min avro (təxminən 609 min AZN) qazana bilər.

Beləliklə, Azərbaycan çempionunun Çempionlar Liqasının pley-offuna yüksəlməklə təmin etdiyi minimum gəlir 8,98 milyon avroya çatır.

"Sabah" "Hapoel Beer-Şeva" səddini keçərək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazansa, rəqəmlər daha da artacaq. Bu halda klubun minimum gəliri 20,17 milyon avro (təxminən 40 milyon AZN) təşkil edəcək.

Əsas mərhələyə vəsiqənin özü "Sabah"a 18,62 milyon avro (təxminən 36,95 milyon AZN) qazandıracaq. Komanda səkkiz oyunun hamısında məğlub olaraq sonuncu - 36-cı pilləni tutsa belə, əlavə 275 min avro (təxminən 546 min AZN) əldə edəcək.

Klub əmsalı və yayım bazarı ilə bağlı ödənişlər isə bu ssenaridə minimum 1,28 milyon avro (təxminən 2,54 milyon AZN) həcmində qiymətləndirilir.

Beləliklə, "Sabah" Çempionlar Liqasının əsas mərhələsinə yüksələcəyi halda heç bir xal qazanmadan belə UEFA-dan minimum 20,17 milyon avro gəlir əldə edə bilər.

Qeyd edək ki, Çempionlar Liqasının 2026/27 mövsümünün pley-off oyunları 18-19 və 25-26 avqust tarixlərində keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 13:33

Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanacağını və qızıl medaldan imtina etdiyini etiraf etdi

Futbol
Bu gün, 13:20

Everton qış transferində Islandiyalı hücumçunu transfer etməyə çalışır

Aİ analiz
Bu gün, 13:16

Bill Qeyts süni intellektin idmanı əvəz edə bilməyəcəyini vurğuladı

Boks
Bu gün, 13:03

Məktəbli boksçu, jurnalistlərlə qarşıdurmada iştirak edib

Futbol
Bu gün, 12:59

Aydin Bayramov: Zire çətin dövrdədir, itkilər və sərt rəqiblərlə mübarizə aparır

Futbol
Bu gün, 12:44

Maldini, Totti, Giggz və Puyol: Karyeralarını bir klubda keçirmiş futbol tarixinin sadiq simaları

Futbol
Bu gün, 12:20

PSJ, 120 milyon avroluq hücumçusu Dezire Due ilə müqaviləni uzatmaq üçün danışıqları davam etdirir

Qarabağ FK
Bu gün, 12:00

Aftandil Hacıyev: “Rəqibdən geri qalmadıq, sabah matçına inamla gedirik”

Olimpiada
Bu gün, 11:56

İki Azərbaycanlı taekvondoçu Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında yarışacaq

Futbol
Bu gün, 11:48

Real Madrid kiskapçısı Tibo Kurtua 'El Clasico'da iştirak etməyən sağlamlıq vəziyyəti barədə danışdı

Formula 1
Bu gün, 11:34

Maklaren yeni planı ilə podiuma qovuşmağı hədəfləyir

Voleybol
Bu gün, 11:27

Polina Rəhimova: DH Volley bu mövsüm böyük hədəflər qoyub

Cüdo
Bu gün, 11:20

İbrahim Talıbov Dakardakı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 55 kq çəki dərəcəsində jüdo yarışlarına qatılacaq

Digər
Bu gün, 11:07

Unibank, məktəblilərə pul idarəçiliyi təlimi təşkil etdi

Qarabağ FK
Bu gün, 11:05

Azərbaycan futbol Premyer Liqasında 10-cu turun hakim təyinatları açıqlandı

Futbol
Bu gün, 11:00

29 oktyabr: «Fiorentina» - «Atalanta» və «Everton» - «Nyukasl» qarşılaşmaları da daxil olmaqla Avropa futbolunda günün oyunları

Futbol
Bu gün, 11:00

Amit Quluzadə: Fərdi səhvlər və təcrübəsizlik məğlubiyyətə yol açdı

Tennis
Bu gün, 10:52

Yelena Rıbakina, dünya birinci raketkası olduqdan sonra həyatında baş verən dəyişikliklərdən danışıb

Futbol
Bu gün, 10:43

FIFA U-15 Dünya Çempionatı: Tahir Süleymanov Uşaqların Potensialına Güvənir

Futbol
Bu gün, 10:40

Ceydon Sançonun "Xetafe"yə keçməməsinin səbəbi: Yaxın Şərq klubundan təklif

Basketbol
Bu gün, 10:38

LANDAU Lions basketbolçu Ceyms Freyzer Avropa Kubokunda tarixi 41 xal imzası atdı

Futbol
Bu gün, 10:29

Marafon baş məşqçisi Ceyhun Cavadov: "Çətin oyunlar əlavə təcrübə gətirdi"

Futbol
Bu gün, 10:21

Robert Levandovski 8-ci oyunda qolsuz qalır

Futbol
Bu gün, 10:20

Yaponiya Futbol Assosiasiyasının vitse‑prezidenti FIFA dünya çempionatı kommersiya hüquqları mübahisəsi səbəbindən istefa verdi

Oxşar xəbərlər