top
Sumqayıt baş məşqçisi Kəpəzlə oyunda tribundan gələn səs-küyü “futbola qarşı hörmətsizlik” adlandırdı Idman.biz
20 sentyabr 2026, 22:13
- ↺ +

Sumqayıt baş məşqçisi Kəpəzlə oyunda tribundan gələn səs-küyü “futbola qarşı hörmətsizlik” adlandırdı

Misli Premyer Liqasının altıncı turunda "Kəpəz"lə 1:1 hesablı heç-heçədən sonra "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido mətbuat konfransında qarşılaşmanı dəyərləndirib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis əvvəlcə stadiondakı atmosferi yüksək qiymətləndirib, lakin oyun zamanı tribunadan hakim fitinə bənzər səslərin gəlməsindən narazılığını bildirib.

"Əslində sözüm rəqib komandaya və stadion rəhbərliyinə idi. Çox yaxşı atmosfer, möhtəşəm stadiondur. Amma siz də gördünüz ki, oyunun gedişində bir neçə dəfə kənardan kimsə hakim fitinə bənzər səs çıxarırdı. Bu, futbolçularımın bir neçə dəfə hücumun kəskin fazasında oyunu dayandırmasına səbəb oldu. Məncə, bu, təkcə bizə və ya rəqib komandaya yox, ümumiyyətlə, futbola qarşı hörmətsizlikdir. Futbolun inkişafını istəyiriksə, ilk növbədə futbola hörmət etməliyik".

Kandido komandasının çıxışından ümumilikdə razı qaldığını deyib:

"Məncə, komandamız inkişaf edir, oyunumuzu yaxşılaşdırırıq. Belə atmosferdə oynamaq asan deyil. Üstəlik, qarşımızda çox çətin və təhlükəli rəqib var idi. Onların bir neçə çox sürətli futbolçusu var. Futbolçularım sakit qaldıqları zaman fərdi keyfiyyətlərini göstərə bilirlər".

Baş məşqçi ilk hissədə "Sumqayıt"ın rəqib müdafiəsində boşluqlar tapdığını və bundan yararlandığını vurğulayıb:

"İlk hissədə bir neçə boşluq tapdıq, hücumlar qurduq və bunun nəticəsində qol da vurduq. Düşünürəm ki, bu oyunda qələbə də qazana bilərdik".

Kandido hakim qərarlarını isə şərh etmək istəməyib:

"15 il əvvəl Portuqaliyada məşqçilik karyerama başlamışam və bu günə qədər hakimlər, onların qərarları barədə danışmıram. Həmin epizodla bağlı qərarı və rəyi sizə buraxıram. Məşqçi kimi bununla bağlı fikir bildirmək istəmirəm".

Mütəxəssis Azərbaycan futbolunun inkişafı üçün bəzi məsələlərin dəyişməli olduğunu da qeyd edib:

"Bir neçə aydır Azərbaycandayam. Şəxsi fikrim budur ki, ölkəyə yaxşı məşqçilərin və yaxşı futbolçuların gəlməsini, ümumiyyətlə, futbolun inkişafını istəyiriksə, bəzi şeylər fərqli olmalıdır".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Bu gün, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Futbol
Bu gün, 21:38

Flik "Barselona"nın aparıcı futbolçularının Sevilyadan qayıtmaq istəyindən narazıdır

Güləş
Bu gün, 21:27

Cəfərov dünya çempionatında finalda 5:8 məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır;

Futbol
Bu gün, 21:24

Bavariya baş məşqçisi Vensan Kompaninin sağlamlığı yaxşılaşıb

Basketbol
Bu gün, 21:10

Serxio Ramos, Luka Donçiçin 52 xallıq möhtəşəm performansını təqdir etdi - FOTO

Futbol
Bu gün, 20:47

London Meri Harri Keynin “Qızıl Top” mükafatını tarixi hadisə adlandırdı

Güləş
Bu gün, 20:33

Nihat Məmmədli: Dünya çempionatında gümüş medalla kifayətlənmədim, daha rahat güləşib qalib gələ bilərdim

Futbol
Bu gün, 20:07

Pol Skoulz Manchester United üçün ən uyğun baş məşqçi namizədi Antonio Konte olduğunu bildirir

Futbol
Bu gün, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Futbol
Bu gün, 19:45

PSJ: Xviça Kvaratsxeli sağ dizindən uğurla əməliyyat edilib

Cüdo
Bu gün, 19:32

Bakıda 20 yaşa qədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Futbol
Bu gün, 19:28

Arsen Venger Bakıda AFFA təşkilatçılığı ilə ümumiyyətlə məşqçilər üçün master-klassda iştirak edib

Digər
Bu gün, 19:27

Fərid Ələkbərov: ‘5:4’ Qələbə, Daha Yaxşı Oynadıq

Qarabağ FK
Bu gün, 19:25

“Qarabağ”ın 1/8 final rəqibi “Sumqayıt” oldu

Futbol
Bu gün, 19:20

Arda Turan Ukraynada qolunu itirən əsgərə qucaqlama və forma hədiyyəsi ilə unudulmaz jest göstərdi

Futbol
Bu gün, 18:59

Aleksey Batrakov qışda "Qalatasaray"ı tərk edə bilər

Futbol
Bu gün, 18:52

PSJ-nin ardıcıl Çempionlar Liqası uğurlarının əsas səbəbi: Luis Kamposun transfer strategiyası

Futbol
Bu gün, 18:43

Karrager: Keyn Tottenhamdansa, Qızıl Topu qazana bilməzdi

Futbol
Bu gün, 18:28

Mbappe La Liqa'dan üzr istədi

Futbol
Bu gün, 18:13

Mançester Siti - Brayton matçında Donnarumma əvəzinə Rulli qapıya çəkiləcək

Futbol
Bu gün, 18:09

Harri Kejn "Fial Ball" mükafatını qazanaraq tarixə düşdü

Futbol
Bu gün, 18:07

Araz‑Naxçıvanın məşqçisi Zaur İsmayılov: Rəqib kimindən asılı olmayaraq qələbə üçün mübarizə apardıq

Oxşar xəbərlər