top
“Slaviya” klubunun azarkeşlərinə “Sabah” ilə Bakıdakı oyun üçün bilet, viza və nəqliyyat məlumatları Idman.biz
06 oktyabr 2026, 00:06
- ↺ +

“Slaviya” klubunun azarkeşlərinə “Sabah” ilə Bakıdakı oyun üçün bilet, viza və nəqliyyat məlumatları

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda "Slaviya"nı qəbul edəcək. Praqa klubunun rəsmi saytı Bakıya səfər edəcək azarkeşlər üçün qarşılaşma ilə bağlı ətraflı məlumat yayıb.

İdman.Biz xəbər verir ki, "Slaviya"nın qonaq azarkeşləri üçün stadionda 3 min 675 yer ayrılıb. Biletlərin satışı oktyabrın 5-dən başlayıb və oktyabrın 7-si saat 20:00-dək davam edəcək. Bir biletin qiyməti 740 Çex kronudur (58 manat).

Biletlər təsdiqlənmiş hesaba ehtiyac olmadan "Slaviya"nın rəsmi saytı və mobil tətbiqi vasitəsilə vauçer formasında satılır. Bir nəfər eyni vaxtda maksimum 6 bilet ala bilər. Alış başa çatdıqdan sonra biletlər vauçerin əldə edildiyi e-poçt ünvanına göndəriləcək. Biletlərin paylanması oktyabrın 8-dən 11-dək həyata keçiriləcək.

Praqa klubunun azarkeşlərinə Azərbaycana giriş üçün viza tələb olunduğu da xatırladılıb. "Slaviya" Çexiya vətəndaşlarına rəsmi dövlət portalı vasitəsilə elektron viza – "ASAN Visa" əldə etməyi tövsiyə edib.

Qeyd olunub ki, Bakı Olimpiya Stadionuna ictimai nəqliyyatla, xüsusilə metro ilə Koroğlu stansiyasından getmək mümkündür.

Qonaq sektoruna daxil olmaq üçün bileti mobil telefonda göstərmək kifayətdir və onu çap etməyə ehtiyac yoxdur. Azarkeşlərin stadiona maksimum A4 ölçülü çanta ilə daxil olmasına icazə veriləcək.

Stadiona böyük çanta və baqaj, silah, narkotik vasitələr, spirtli içkilər, pirotexnika, dron, lazer, tezalışan maddələr, dəyənəklər, musiqi alətləri, meqafon, kompüter, peşəkar kamera və heyvan gətirmək qadağandır. Yalnız bir təbilə icazə veriləcək.

Stadionda siqaret çəkmək qadağandır, bununla belə, xüsusi ayrılmış yerlər mövcuddur. Arena ərazisində spirtli içkilərin satılmayacağı da bildirilib.

"Slaviya" azarkeşləri fövqəladə hallar zamanı Çexiyanın Bakıdakı səfirliyi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, "Sabah" – "Slaviya" qarşılaşması oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:29

“Liverpul” van Deykinin iki il uzatma tələbinə razı deyil, “Milan” fürsət gözləyir

Futbol
Bu gün, 20:27

Arsenalın vingeri Bukayo Saka 2 ay müddətinə komandadan kənarda qalacaq

Futbol
Bu gün, 20:21

Ruy Jorje: U-20 Milli Komanda İraqla 2:1 məğlub oldu, amma dünya çempionatına hədəf

Futbol
Bu gün, 20:11

Mançester Yunaytedin keçmiş futbolçusu Pol İns yeni məşqçini sərt tənqid etdi: 46 ötürmə etdilər, topa toxunmadıq

Futbol
Bu gün, 19:59

Carles Puyol peşəkar futbola qayıdaraq Inter Escaldes klubunda beynəlxalq əlaqələr üzrə direktor oldu

Futbol
Bu gün, 19:52

Barselona, 19 yaşlı Xavi Espartla 2030-cu ilə qədər müqavilə imzaladı

Futbol
Bu gün, 19:37

Flik Barselonadan əlavə müdafiəçi transferi tələb etdi

Futbol
Bu gün, 19:28

İstanbul klubu Fənərbağçanın transferi üçün 35 milyon avro tələb edir

Futbol
Bu gün, 19:13

Yevlaxda 2-2 nəticəli 'İmişli' vs 'Zirə' matçı videonu izləyin

Futbol
Bu gün, 19:07

Porno ulduzun reklam kampaniyasından sonra klub sponsoru ilə əməkdaşlığı bağladı

Futbol
Bu gün, 19:07

Liverpulun baş məşqçisi Soboslai'nin oyun üçün hazır olduğunu bildirdi

Futbol
Bu gün, 18:51

Mourinyo Real Madrid-in Selta ilə oyun öncəsi xəbərdarlıq etdi

Futbol
Bu gün, 18:29

Rəşad Sadıqov: Hakim qərarları ‘qəribə hadisələrə səbəb olur’

Futbol
Bu gün, 18:20

FIFA anonim şikayət kanalı vasitəsilə oyun və qayda pozuntularını nəzarətdə saxlayır

Futbol
Bu gün, 18:16

U-20 Azərbaycan komandası İraqa qarşı 2:1 qalib gəldi

Şahmat
Bu gün, 18:00

Azərbaycan polis komandası "Arlan Chess Cup 2026" beynəlxalq şahmat turnirinin qalibi oldu

Futbol
Bu gün, 17:51

UFA prezidenti Şevçenko, Mudrikin dopinq ittihamlarını böhtan olaraq qiymətləndirir

Cüdo
Bu gün, 17:30

İlham Zəkiyev Misir İsgəndəriyyə şəhərində Qran-pridə iştirak edəcək

Futbol
Bu gün, 17:25

AFFA qadın məşqçilər üçün UEFA C kursunu başladı

Futbol
Bu gün, 17:15

İmişli baş məşqçisi: Milli komandaya potensial futbolçular var

Futbol
Bu gün, 17:11

Ervins Perkons: “0:2 geri düşsək də, İmişli xal qazanmağa layiq idi”

Futbol
Bu gün, 17:05

Rəşad Sadıqov: 2-0 üstünlüyündən sonra heç-heçə etməyi məyusedicidir

Futbol
Bu gün, 17:00

Emil Səfərov Neftçi təmsilçiliyində Qəbələye qayıtmaq istəyir

Futbol
Bu gün, 16:49

İngiltərə Milli Milli, Millətlər Liqası qalibi üçün əsas namizəd sayılır

Oxşar xəbərlər