top
Siyasət Əsgərov: Belarus üzərində qələbə uğursuzluqdan çıxış üçün stimul olacaq Report.az
21 iyun 2025, 15:25
- ↺ +

Siyasət Əsgərov: Belarus üzərində qələbə uğursuzluqdan çıxış üçün stimul olacaq

Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov nəzərdə tutulan təlim-məşq toplanışı və Belarusa qarşı keçirəcəkləri yoxlama görüşlərini dəyərləndirib.

Mütəxəssis bu barədə "Report"a açıqlama verib.

O, iyunun 25-dən start verəcəkləri toplanışa gənc futbolçular dəvət edildiyini deyib:

"Zədəli oyunçularımız var. Təəssüf ki, Kristina Bakarandze klubunda aldığı zədədən sonra son toplanışa qoşula bilmədi. Həmçinin Əsra Manya və Jalə Məhsimova da zədə alıblar. Bu futbolçuların yoxluğu həqiqətən komandaya təsir edir. Sevindirici hal odur ki, Nazlıcan Parlak qayıdıb. Çünki vərəqə cəzalısı olduğu üçün son toplanışa qatılmamışdı. Bəzi oyunçular var ki, son məşqlərə dəvət almırdı. Buna baxmayaraq, onları izləyirdik və özlərini yaxşı tərəfdən göstərdikləri üçün geri qaytarmışıq. Bəziləri isə Rusiyada fərqli sistem olduğuna görə kollektivə gec qoşulmuşdular. Ümid edirəm ki, itkilərin yerini doldura biləcəyik. Gənclərlə bağlı böyük siyahımız vardı. Aralarından ən yaxşılarını seçib dəvət etdik və məşqlərdə yoxlamaq istəyirik. Yeganə problemimiz bu ola bilər ki, Türkiyədə çempionat bitib. Yəni bu ölkədən gələn futbolçular oyun praktikasından uzaqdırlar. Düzdür, özləri fərdi məşq edirlər. Amma praktika azlığı olanlar hər dəfə məşqlərə gələndə problem yaşayırıq. Düşünürəm ki, bunun da öhdəsindən gələ biləcəyik".

Baş məşqçi hazırlıq zamanı yoldaşlıq görüşü keçirəcəkləri Belarus yığması üzərində qələbənin vacibliyini vurğulayıb:

"Rəqib həmişə B səbətində yer alan komandalardandır. Bu il qrupları çox çətin oldu. Ona görə də C səbətinə düşdülər. Amma rəqibin gücü bəllidir. Oyunçularının əksəriyyəti Rusiya çempionatında çıxış edirlər ki, bu yarışın da səviyyəsi bəllidir. Əslində, həmişə öz oyunçularımıza məsləhət görürük ki, Rusiya klublarına getsinlər. Çünki orada komandalara həqiqətən peşəkar yanaşırlar. Belarusu təhlil etmişik, hər fazada planlı oyunları ilə seçilirlər. Əsasən iki sistemdə çıxış edirlər. Həm beşli, həm də dördlü müdafiə planları var. Açığı, son uğursuzluqlardan sonra yoldaşlıq görüşlərində nəticə bizim üçün çox önəmlidir. Uğursuzluqdan nəticə çıxarmalıyıq. Səhvlərimizi təhlil etmişik və hazırlıq zamanı futbolçulara bu barədə məlumat veriləcək. Ona görə də qələbə bizim üçün düşdüyümüz çətin durumdan çıxmaq üçün stimul olacaq".

S.Əsgərov qarşıdakı planlardan danışıb:

"Milli UEFA-nın müəyyənləşdirdiyi bəlli bir vaxtda hazırlıq keçir. Oktyabrda və noyabrda növbəti "pəncərə"lər olacaq. UEFA Millətlər Liqasında pley-offa vəsiqə qazana bilməyənlər bu "pəncərələr"də yoldaşlıq görüşü keçirə bilərlər. Biz də bunu dəyərləndirməyə çalışacağıq. Dekabrda isə dünya çempionatının püşkatma mərasimi olacaq. Təəssüf ki, yarışa C səbətindən qoşulacağıq".

Qeyd edək ki, Azərbaycan millisi iyunun 25-dən iyulun 2-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçəcək. Komanda hazırlıq müddətində yerli yığma ilə iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Tərəflər iyunun 28-də və iyulun 1-də üz-üzə gələcəklər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Şirer “Arsenal”ın əsas rəqibi “Brayton” olduğunu bildirdi

Futbol
Bu gün, 02:53

Ayxan Abbasov: "Bu qələbədə hücumda kəsərli deyilik"

Futbol
Bu gün, 02:34

“Mançester Yunayted” rəhbərliyi məşqçi seçimi səhvlərini etiraf edib, yeni seçimləri müzakirə edir

Futbol
Bu gün, 01:49

Mbappə zədədən sonra Fransa milli komandası məşqlərinə geri döndü

Futbol
Bu gün, 01:42

Niderland 7-0 Yunanıstanı məğlub etdi, Almaniya Serbiya ilə 3-1 qazandı – Qırmızı vərəqələr

Qarabağ FK
Bu gün, 01:06

Qarabağın futbolçusu Bruno Lanqa 90 dəqiqə oynadı, Mozambik evdə 1:0 məğlubiyyətə uğradı

Futbol
Bu gün, 00:41

İspaniya 2030 Dünya Çempionatı finalını ölkədə saxlamaq istəyir

Futbol
Bu gün, 00:16

Bernardu Silva Kriştianu Ronaldunun milli komandadakı son dönəmi və kapitanlıq məsuliyyəti haqqında danışdı

Digər
Dünən, 23:42

Azarkeşlərin etirazı nəticəsində "Borussiya Dortmund" "Rheinmetall" ilə sponsorluq müqaviləsini uzatmamaq qərarına gəlib

Futbol
Dünən, 23:31

Makron Arsen Vengerin FIFA prezidentliyinə dəstək verir

Basketbol
Dünən, 23:24

"Sabah"ın Cerri Bleyks FIBA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:14

Denzel Dumfris Real Madrid‑də əsas heyətdəki yerini itirdi

Futbol
Dünən, 22:31

Messi 2027-ci ildə Argentina’da River Pleytdə rəqibini görəcək

Futbol
Dünən, 22:17

Pochettino Manchester Unitedə keçidini danışarkən göz yaşlarını saxlamadı

Futbol
Dünən, 21:56

De Zerbi "Tottenhem"i sonuncu pillədən xilas etdiyi oktyabr ayından sonra Premyer Liqanın ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:43

Azərbaycanın 21 yaşadək futbol millisi noyabrın 14 və 17-də Omana qarşı iki yoxlama oyunu keçirəcək

Boks
Dünən, 21:42

Anar Məmmədov Superlek'i ilk raundda nokautla məğlub etdi

Olimpiada
Dünən, 21:39

Azərbaycan paralimpiya rəsmiləri IPC və Avropa Paralimpiya Komitəsi rəhbərləri ilə görüşüblər

Futbol
Dünən, 21:34

Mançester Yunayted azarkeşləri kapitan Bruno Fernandes'ə qarşı tənqidlə hücum etdilər

Digər
Dünən, 21:21

Azərbaycanın iki batutçusu dünya çempionatında növbəti mərhələyə yüksəldi

Futbol
Dünən, 21:06

Rakuv məşqçisi Mahir Emrəli müqayisə etdi: meydanı görmə bacarığı üstün

Futbol
Dünən, 20:51

Vüqar Nadirov: Milli futbolçuların çətinliyi nəzərə alaraq oyun asan keçməyəcək

Futbol
Dünən, 20:42

Pep Qvardiola ABŞ milli futbol komandası ilə danışıqlara başlayır

Futbol
Dünən, 20:28

Devid Bekhem 2027-ci ildə ABŞ Milli Futbol Şöhrət Zalına daxil ediləcək

Oxşar xəbərlər