top
Şirvanda qalmaqal: Klub rəhbərliyi maliyyə problemləri iddialarını təkzib edir Idman.biz
18 yanvar 2026, 19:25
- ↺ +

"Şirvan"da qalmaqal: Klub rəhbərliyi maliyyə problemləri iddialarını təkzib edir

İkinci Liqada çıxış edən "Şirvan" klubunda bir qrup futbolçunun komandadan uzaqlaşdırılması ətrafında müzakirələr davam edir.

İdman.Biz xəbər verir ki, sportinfo.az-a açıqlama verən "Şirvan"ın baş meneceri Emin Məmmədov yayılan maliyyə problemləri ilə bağlı iddiaları təkzib edib. Onun sözlərinə görə, klubun futbolçular qarşısında heç bir borc öhdəliyi yoxdur və hazırda hər hansı maliyyə çətinliyi yaşanmır.

Bundan əvvəl bəzi futbolçular ilk dövrədən sonra kluba ayrılan vəsaitin azaldığını, qeyri-sabit nəticələri əsas gətirən bəzi iş adamlarının maddi dəstəkdən geri çəkildiyini iddia ediblər. Oyunçuların sözlərinə görə, bu səbəbdən ödənişlər tam şəkildə həyata keçirilməyib və etiraz edən futbolçulara düşərgəni tərk etmək təklif olunub.

Emin Məmmədov isə bu iddiaların reallığı əks etdirmədiyini bildirib. O qeyd edib ki, komandadan uzaqlaşdırılan iki futbolçu ilə yolların ayrılması sırf idman prinsiplərinə əsaslanıb və onların oyun göstəriciləri klubun tələblərinə cavab verməyib. Baş menecer əlavə edib ki, futbolçulara qarşı hər hansı təzyiq, ödənişlərin dayandırılması və ya məcburi ayrılıqla bağlı yayılan məlumatlar əsassızdır.

Hazırda İkinci Liqada ilk mövsümünü keçirən "Şirvan" 14 turdan sonra 23 xal toplayaraq turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Komandanın I Liqaya yüksəlmə şansı real olaraq qalmayıb. Şirvan təmsilçisi liderlər olan "Qaradağ Lökbatan" və "Xankəndi"dən 16 xal geri qalır.

Beləliklə, "Şirvan"da yaranan vəziyyət maliyyə böhranı iddiaları ilə klub rəhbərliyinin açıqlamaları arasında ziddiyyət yaradaraq gündəmi zəbt edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:11

Rəşad Sadıqov "Neftçi" – "Zirə" oyunundan sonra: "Susmağımın səbəbi sizin "Neftçi"də olmağınızdır"

Futbol
Bu gün, 22:07

"Neftçi" "Zirə"ni 1:0 hesabı ilə məğlub etdi - VİDEO

Futbol
Bu gün, 22:05

"Neftçi‑Zirə matçında Vernidub "Zirənin hansısa epizodunu xatırlamıram" dedi"

Futbol
Bu gün, 22:00

"Barselona" və "İnter" Hermoso üçün transfer axtarır

Futbol
Bu gün, 21:43

Rəşad Sadıqov: «Neftçi»yə qarşı matçda üstün tərəf biz idik

Futbol
Bu gün, 21:41

"Portu"ya ilk Avropa kubokunu gətirən braziliyalı sabiq futbolçu Juari 67 yaşında vəfat edib

Futbol
Bu gün, 21:40

"Atletiko" 35 milyon avroya aldığı Ludmani satmaq istəyir

Digər
Bu gün, 21:27

"Beşiktaş" İstanbulda su tağı ilə qarşılandı

Futbol
Bu gün, 21:20

Rəşad Sadıqov: "Mən bəzi açıqlamaları Verniduba yaraşdırmıram"

Futbol
Bu gün, 21:20

Tanıdığımız sima milliyə dəvət almasının səbəbini bilmir - VİDEO

Futbol
Bu gün, 21:15

Mançester Yunayted, Liverpul və Arsenal Borussiya Dortmundun müdafiəçisi Joan Qadunu transfer etmək istəyir

Futbol
Bu gün, 21:08

«Zirə»nin baş məşqçisi Rəşad Sadıqov «Neftçi» matcından sonra Vernidubla söhbətdə əsəbi reaksiya göstərib

Digər
Bu gün, 21:00

Azərbaycanda üzgüçülük məşqçiləri üçün sertifikatlaşdırma sistemi tətbiq ediləcək

Futbol
Bu gün, 20:53

Premyer Liqa: Neftçi Zirəyə 1:0 hesabı ilə qalib gəlib və liderliyini möhkəmləndirib

Futbol
Bu gün, 20:41

"Bavariya"da zədə böhranı genişləndi"

Futbol
Bu gün, 20:40

"Veteranların futbolun xilaskarı olmadığına dair təhlil"

Digər
Bu gün, 20:38

Gürcüstanın Ankaradakı səfiri UEFA Avropa Liqası matçındakı hadisələrə görə Türkiyə XİN-ə çağırıldı

Futbol
Bu gün, 20:32

Bavariyanın futbolçusu Camal Musiala zədəsi barədə açıqlama

Futbol
Bu gün, 20:26

Arsenal 30 zərbə ilə yalnız bir qol vurdu

Futbol
Bu gün, 20:25

Neftçi fanı İstanbula gediş-qayıdış aviabileti qazanıb

Futbol
Bu gün, 20:20

"Sabah"ın xorvatiyalı legioneri İvan Lepiniçaya "Napoli" qarşısında cərimə riski ilə üzləşir

Futbol
Bu gün, 20:19

İspaniya məhkəməsi «Valensiya»nın sabiq futbolçusu Rafa Mirin həbs cəzasını 7 ilə endirib

Futbol
Bu gün, 20:12

Beşiktaş Sabiha Gökçen Hava Limanında su tağı mərasimi ilə qarşılandı

Futbol
Bu gün, 20:11

"Liverpul" Lyuis Holldan maraqlıdır – "Nyukasl" 80 milyon avro tələb edir

Oxşar xəbərlər