top
Seymur Səlimli: Region Liqası klublarının peşəkarlaşması və lisenziyalaşdırma prosesi - MÜSAHİBƏ Idman.biz
11 aprel 2026, 17:22
- ↺ +

Seymur Səlimli: Region Liqası klublarının peşəkarlaşması və lisenziyalaşdırma prosesi - MÜSAHİBƏ

"Yeni mövsüm üçün ciddi dəyişikliklər nəzərdə tutulmayıb".

Bunu AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli report.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Region Liqasının 1/4 finalına yüksələn klublar üçün lisenziyalaşdırma prosesində ən çox rast gəlinən çətinliklər hansılardır?

- Bildiyiniz kimi, İcraiyyə Komitəsinin 25.11.2025 tarixli qərarına əsasən İkinci liqaya yüksələn klubların lisenziya prosesindən keçməsi icbari xarakter daşıyır. Klublar prosesdən keçəndən sonra çətinliklər barədə fikir bildirmək düzgün olardı. Ancaq demək olar ki, bəzi klublarda strukturlaşmış idarəetmə modelinin olmaması prosesə təsir göstərə bilər.

- "RL-İkinci" lisenziya növünün tətbiqi Region Liqası klublarının gələcəkdə peşəkarlaşması baxımından hansı rolu oynayacaq?

- "RL-İkinci" lisenziya növü Region Liqası klubları üçün peşəkar futbola keçid mərhələsində mühüm alət rolunu oynayır. Bu sistem klubların idarəetmə, maliyyə, infrastruktur və hüquqi baxımdan minimum standartlara uyğunlaşmasını təmin edir və onların daha yuxarı liqalarda iştirakı üçün hazırlıq səviyyəsini artırır.

- 2026/2027 mövsümü üçün müəyyən edilmiş lisenziya qaydalarında əvvəlki illərlə müqayisədə ciddi dəyişiklik varmı?

- Yeni mövsüm üçün ciddi dəyişikliklər nəzərdə tutulmayıb. Daha çox mövcud tələblərin təkmilləşdirilməsi və tətbiqi mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulub. Məqsəd prosesin daha şəffaf və effektli şəkildə icrasını təmin etməkdir.

Region Liqası klublarının maliyyə və infrastruktur baxımından tələblərə cavab vermələri üçün AFFA tərəfindən hansı dəstək mexanizmləri nəzərdə tutulub?

- AFFA tərəfindən klublara metodiki dəstək, maarifləndirici seminarlar, texniki təlimlər və məsləhət xidmətləri təqdim olunur.

- Lisenziya ala bilməyən klublar üçün növbəti addımlar necə tənzimlənəcək?

- Lisenziya ala bilməyən klublar üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırma qaydalarına uyğun olaraq apellyasiya prosedurları mövcuddur.

- Bu prosesin nəticəsi olaraq Region Liqasından neçə klubun növbəti mövsümdə İkinci Liqaya yüksəlməsi mümkün görünür?

- Yüksəliş əldə edəcək klubların sayı yalnız idman nəticələri ilə deyil, eyni zamanda lisenziyalaşdırma tələblərinə tam cavab verilməsi ilə müəyyən olunur. Bu səbəbdən yekun say lisenziyalaşdırma prosesinin nəticələrindən asılı olacaq.

- Sənədlərin qəbulu və qeydiyyat prosesinin tam elektronlaşdırılması klubların işinə necə təsir edir?

- Qeydiyyat və sənəd qəbulu prosesinin elektronlaşdırılması, məsələn, KLS platformasının klubların istifadəsinə verilməsi, onlar üçün prosedurları əhəmiyyətli dərəcədə sadələşdirib. Bu yanaşma vaxt itkisini azaldır, şəffaflığı artırır və məlumatların operativ şəkildə emal olunmasına imkan yaradır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Gimnastika
Bu gün, 11:09

Gimnastikada finala yaxınlaşan Azərbaycanlı Nikita Simonov: 'Daha güclü olmaq üçün planlarım var'

Oxşar xəbərlər