İspaniya La Liqasının onuncu turunda "Sevilya" doğma meydanda "Osasuna"nı 2:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, meydan sahiblərinin heyətində 24-cü dəqiqədə İsaak Romero, 82-ci dəqiqədə isə Feliks Korreyya fərqlənib. Hər iki qolun ötürməsini Yussuf Fofana verib.
Bu qələbədən sonra "Sevilya" 17 xalla turnir cədvəlində altıncı pillədə qərarlaşıb. "Osasuna" isə 11 xalla 12-ci yerdədir.