top
Sessi D`Almeyda: Avrokuboklara getmək təkcə bizdən asılı deyil - Neftçinin Şamaxı üzərində qələbəsi, avrokubok şansları və gələcək planları haqqında müsahibəsi Idman.biz
11 may 2026, 11:23
- ↺ +

Sessi D`Almeyda: "Avrokuboklara getmək təkcə bizdən asılı deyil" - "Neftçi"nin "Şamaxı" üzərində qələbəsi, avrokubok şansları və gələcək planları haqqında müsahibəsi

"İkinci dövrədəki matçı yəqin ki, siz də xatırlayırsınız".

Bunu "Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeyda futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan Premyer Liqasının 31-ci turunda "Şamaxı"nı 3:0 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?

- Yaxşı oyun alındı. Matça fəal başladıq. Erkən qol vurmağa müvəffəq olduq. Qoldan sonra da üstünlük bizim tərəfimizdə idi. Ümumiyyətlə, ilk dəqiqədən sona qədər oyuna nəzarət bizim tərəfimizdə idi. İkinci hissədə daha iki dəfə fərqləndik. Bizim üçün vacib qələbə idi. İndi son 2 turu düşünməliyik.

- Demək olar ki, erkən qol vurmağınız işinizi daha da asanlaşdırdı?

- Təbii ki, erkən qol vurmağımız oyunumuza müsbət təsir etdi. Belədə özünəinam daha da artır.

- Əvvəlki 2 oyunda "Şamaxı"nı məğlub edə bilməmişdiniz. Bu dəfə belə asan qələbə qazanmağınızı nə ilə bağlamaq olar?

- İkinci dövrədəki matçı yəqin ki, siz də xatırlayırsınız. Qələbəyə çox yaxın idik. Lakin indi həmin anları xatırlamaq nəyisə dəyişməyəcək. Son zamanlar komandamız yaxşı formadadır. Hər qələbə özünəinamı daha da artırır.

- Artıq "Zirə" ilə xal fərqiniz üçdür. Bu üstünlüyü sona kimi qorumaq mümkün olacaq?

- Son 2 iki tur qalıb. Məqsədimiz mövsümü uğurla başa vurmaqdır. İndi turnir cədvəlinə çox da fikir vermirik. Qarşıdakı iki matçda da qalib gəlib, azarkeşlərimizi sevindirmək istəyirik.

- "Neftçi"nin avrokuboklara yollanmaq şansını necə dəyərləndirirsiniz?

- Əlbəttə, avrokuboklara yollanmağı çox istəyirik. Məqsədimiz budur. Biz öz üzərimizə düşəni maksimum dərəcədə yerinə yetiririk. Lakin təəssüf ki, avrokuboklara getməyimiz tək özümüzdən asılı deyil.

- Yəni kubokun finalında "Sabah"a azarkeşlik edəcəksiniz...

- Təbii ki (gülür). Rəqiblərə hörmətlə yanaşırıq. Amma "yox" desəm, yalan olar.

- Artıq indidən özünüz üçün növbəti mövsümün planlarını cızmısınız?

- Hər hansı dəyişiklik olmayacaq. "Neftçi" ilə hələ daha bir illik müqaviləm var. Burada məni hər şey qane edir. Yeni mövsümdə də komandamın uğurları üçün əlimdən gələni edəcəyəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Oxşar xəbərlər