top
Seriya A: Yuventus heç-heçə etdi, İnter böyük hesabla qalib gəldi, Leççe və Parmanın qələbələri - YENİLƏNİB Idman.biz
09 fevral 2026, 02:01
- ↺ +

Seriya A: "Yuventus" heç-heçə etdi, "İnter" böyük hesabla qalib gəldi, "Leççe" və "Parma"nın qələbələri - YENİLƏNİB

"Yuventus" İtaliya A Seriyasının 24-cü turunda doğma meydanda "Latsio" ilə bərabərə qalıb.

İdman.Biz xəbər verir ki, görüş 2:2 hesabı ilə yekunlaşıb.

45+2-ci dəqiqədə Pedro Rodriges hesabı açıb. 47-ci dəqiqədə Qustav İsaksen qonaqların üstünlüyünü artırıb. 59-cu dəqiqədə "Yuventus"un oyunçusu Ueston Makkenni fərqi azaldıb.

Oyunun son saniyələrində, 90+6-cı dəqiqədə Pyer Kalulu bərabərlik qolunu vuraraq komandasını məğlubiyyətdən xilas edib.

Bu nəticədən sonra "Yuventus" 24 matçdan topladığı 46 xalla turnir cədvəlinin dördüncü pilləsindədir. "Latsio" isə 33 xalla səkkizinci sırada qərarlaşıb.

23:03

"İnter" İtaliya A Seriyasının 24-cü turunda səfərdə "Sassuolo"nu böyük hesabla məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 11-ci dəqiqədə Yann Bissek açıb. 28-ci dəqiqədə Markus Tyuram fərqi artırıb. İkinci hissədə 50-ci dəqiqədə Lautaro Martines üçüncü qolu vurub. Bundan üç dəqiqə sonra Manuel Akanji dördüncü topu rəqib qapısından keçirib.

54-cü dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Nemanya Matiç qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 85-ci dəqiqədə isə Luis Enrike yekun nəticəni müəyyənləşdirib – 0:5.

Qeyd edək ki, müdafiəçi Federiko Dimarko bu görüşdə üç məhsuldar ötürmə ilə yadda qalıb.

Beləliklə, "İnter" 24 matçdan sonra 58 xal toplayaraq turnir cədvəlinin lideridir. "Sassuolo" isə 29 xalla 11-ci pillədə qərarlaşıb.

20:14

İtaliyanın "Leççe" klubu A Seriyasının 24-cü turunda doğma meydanda "Udineze"ni qəbul edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ev sahiblərinin heyətində qolları beşinci dəqiqədə Omri Qandelman və 90-cı dəqiqədə Lamek Banda vurublar. Qonaqlarda isə penalti zərbəsini Omar Solet dəqiq yerinə yetirib.

Bu nəticədən sonra "Leççe" xallarını 21-ə çatdıraraq turnir cədvəlində 17-ci pilləyə yüksəlib. "Udineze" isə 32 xalla 9-cu sırada qərarlaşıb.

17:45

İtaliya A Seriyasının 24-cü turunda "Bolonya" və "Parma" komandaları arasında keçirilən görüşə qonaqlar 1:0 hesabı ilə qalib gəlib.

"Bolonya" 22-ci dəqiqədən etibarən azlıqda oynayıb. 79-cu dəqiqədə "Parma" da azlıqda qalıb.

İdman.Biz xəbər verir ki, matçda yeganə qol uzatma dəqiqələrində vurulub. "Parma"nın futbolçusu Kristian Ordonez fərqlənib.

Qələbədən sonra "Parma" xallarını 26-ya çatdıraraq 14-cü sıraya yüksəlib. "Bolonya" isə 30 xalla 10-cudur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:49

"Sabah" - "Araz-Naxçıvan" matçının start heyətləri açıqlanıb

Futbol
Bu gün, 17:40

Mingəçevirdə maaş böhranı dərinləşib — futbolçular məşqi boykot edir

Qarabağ FK
Bu gün, 17:36

"Zirə"nin braziliyalı qapıçısı: "Komandama maksimum kömək edəcəyəm" – MÜSAHİBƏ

Futbol
Bu gün, 17:33

Batum hava limanında türk və israilli azarkeşlər arasında gərginlik yaranıb

Futbol
Bu gün, 17:30

Arteta "Mançester Siti" qarşılaşması öncə Mareskanı "çox yaxşı strateq" adlandırıb

Futbol
Bu gün, 17:29

«Bavariya»da Musialanın zədəsi və səhhət problemi komandada narazılıq yaradıb

Futbol
Bu gün, 17:25

PSJ 50 milyon avroya transfer etdiyi Ferran Torresdən narazıdır

Futbol
Bu gün, 17:20

"Rahid Əmirquliyev: Millimiz bütün oyunlarda qələbə qazanmalı idi"

Futbol
Bu gün, 17:00

Səbail klubu SOCAR vəzifəli şəxsin maliyyə məhdudiyyətləri və prezidentin şübhəli davranışı

Futbol
Bu gün, 16:55

"Polşada Emrelinin performansı yüksək qiymətləndirildi – ikincisi ən yaxşı oldu"

Futbol
Bu gün, 16:54

"Hypers" və "Şirvan" 2-ci Liqada heç-heçə barışıb

Futbol
Bu gün, 16:50

BATE 2026-cı mövsümdə yüksək liqadan düşdü

Futbol
Bu gün, 16:49

BATE tarixində ilk dəfə Belarusun yüksək liqasından düşmə təhlükəsi

Futbol
Bu gün, 16:20

"Turan" Tovuz "Şamaxı"-ı məğlub etdi, "Sabah" isə "Sumqayıt"ı 5:1 hesabı ilə yararaq çempionluq iddiasını bir daha təsdiqlədi

Futbol
Bu gün, 16:10

SSRİ millisinin sabiq müdafiəçisi Vasili Danilov 86 yaşında vəfat edib

Qarabağ FK
Bu gün, 16:10

Elvin Cəfərquliyev "Sumqayıt"la matçı buraxacaq

Futbol
Bu gün, 16:00

Kəpəzin Tovuzda gəlişi qarşılaşma təhlükəsizliyini artırdı

Futbol
Bu gün, 15:52

Fənərbaxçanın 22 yaşlı müdafiəçisi ilə Arsenal arasında danışıqlar başladı

Futbol
Bu gün, 15:51

PSJ rəhbərliyi Ferran Torresin son həftələrdəki performansından narazıdır

Futbol
Bu gün, 15:50

AMEA Prezidenti: Dövlət Qurumları Arasında Minifutbol Yarışı Gəncliyin İdman Bayramı Kimidir

Futbol
Bu gün, 15:40

Hakim qərarları rüsvayçılıq kimi qiymətləndirildi

Futbol
Bu gün, 15:30

"Willem II" Niderland çempionatında antirekorda imza atdı

Basketbol
Bu gün, 15:29

"Hassani Qravett "Sabah" klubunda müqaviləsini 2026/27 mövsümünə qədər uzatdı"

Futbol
Bu gün, 15:21

«Turan Tovuz» - «Kəpəz»: Premyer Liqanın 13‑cü turundakı matçın heyətləri açıqlanıb

Oxşar xəbərlər