"Şəfa" futbolçusu Elnur Cəfərov ilə müqavilə müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı vinger ilə 1 illik müqavilə imzalanıb. Cəfərov 2025-ci ilin yanvarından "Şəfa"da çıxış edir.
Qeyd edək ki, "Şəfa" bunadək Tərlan Quliyevlə də müqaviləni uzadıb.