top
Səbail PFK-nın yeni idarə heyəti təqdim edilib Idman.biz
07 avqust 2026, 22:21
- ↺ +

"Səbail" PFK-nın yeni idarə heyəti təqdim edilib

Bu gün "Hilton" hotelində "Səbail" PFK-nın yenilənmiş idarə heyəti ilə təqdimat tədbiri keçirilib.

İdman.Biz kluba istinadən bildirir ki, klubun yeni İdarə Heyəti Amin Məmmədov, Mirzə Bayrampur və Sərxan İbrahimoğludan ibarətdir.

Mərasimdə klubun strateji inkişaf planları, 2026/2027-ci illər mövsümü üçün müəyyənləşdirilən əsas hədəflər, infrastrukturun inkişafı, sosial layihələr, uşaq və qız futbolunun inkişafı istiqamətində nəzərdə tutulan proqramlar, eləcə də klubun gələcək fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Klubun prezidenti Mirzə Bayrampur çıxışında "Səbail" PFK-nın yeni inkişaf strategiyası, uzunmüddətli məqsədləri və davamlı uğuru təmin edəcək idarəetmə modelindən danışıb. O bildirib ki, klubun əsas məqsədi yalnız idman nəticələri əldə etmək deyil, həm də peşəkar idarəetmə və infrastruktur formalaşdırmaqdır.

Daha sonra klubun İdarə Heyətinin üzvü Amin Məmmədov çıxış edərək bildirib ki, əsas məqsədləri "Səbail"i daha güclü, dayanıqlı və hər kəs üçün nümunə ola biləcək peşəkar futbol klubuna çevirməkdir. O qeyd edib ki, bu məqsədə nail olmaq üçün peşəkar yanaşma, müasir idarəetmə prinsipləri və davamlı inkişaf modelinə üstünlük verəcəklər.

Tədbirdə iştirak edən sponsor şirkətlərin nümayəndələri də çıxış edərək "Səbail" PFK ilə əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər. Onlar klubun inkişafına dəstək göstərməkdən qürur duyduqlarını qeyd edərək, bu əməkdaşlığın əsas məqsədinin Azərbaycan futbolunun inkişafına töhfə vermək olduğunu vurğulayıblar.

Mərasim çərçivəsində "Səbail" PFK-nın 2026/2027-ci illər mövsümü üçün hazırlanmış yeni oyun formalarının təqdimatı keçirilib.

Ardınca klubun heyətinə cəlb olunan beş yeni əcnəbi futbolçu ilə rəsmi müqavilə imzalanıb. Bunlar Qana vətəndaşları – Peter Agblevor və Ezekiel Morgan, Portuqaliya vətəndaşları – Yan Said və Aldo Josué Gomes Soares, eləcə də Braziliya vətəndaşı Felipe Hulk olub.

Tədbirin sonunda media nümayəndələri üçün brifinq keçirilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Dünən, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Dünən, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Dünən, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Dünən, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Futbol
Dünən, 20:57

Everton Markus Reşford üçün danışıqlara başladı

Futbol
Dünən, 20:55

Juventus Kenan Yıldızı satmaq məcburiyyətində qala bilər, Arsenal onun ən böyük maraqlananıdır

Futbol
Dünən, 20:41

Barselona’da Jul Kundenin zədəsi hələ də davam edir

Oxşar xəbərlər