top
Saşa Yunisoğlu: Sent-Lüsiya haqqında ilk dəfədir eşidirəm, millimiz böyük hesablı qələbə qazanacaq Idman.biz
25 mart 2026, 13:51
- ↺ +

Saşa Yunisoğlu: "Sent-Lüsiya haqqında ilk dəfədir eşidirəm, millimiz böyük hesablı qələbə qazanacaq"

"Bu cür rəqiblərə qarşı oynamağın da yaxşı tərəfi var".

Bunu Azərbaycan milli komandasının sabiq müdafiəçisi Saşa Yunisoğlu sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan milli komandasını qarşıda "FİFA series" turnirin oyunları gözləyir. Milli komandanın heyəti ilə yəqin ki, tanış olmusunuz. Heyətlə bağlı fikriniz necədir, siyahıdan kənarda qalan oldu?

- Millinin heyətində heç bir sürpriz yoxdur. Gözlənilən heyətdir. Hazırda çempionatımızda öz klublarında daimi əsas heyətdə oynayanlar o qədər də çox deyil. Seçim də böyük deyil. Hazırda millidə olanlar məncə ən yaxşılardır.

- Azərbaycan milli komandasını qarşıda Sent-Lüsiyaya qarşı oyun gözləyir. Həmin matçda millimizin şanslarını necə dəyərləndirirsiniz?

- Açığı, bu ölkənin adını birinci dəfədir eşidirəm. Heç bilmirəm onlar FİFA reytinqində neçənci yerdədir. Bundan əvvəl kimlə oynadıqlarından da xəbərsizəm. Düşünmürəm ki, bu komanda elə də güclü olsun. Məncə bu oyunda millimiz böyük hesablı qələbə qazanacaq.

- Millimizin özü 126-cı pillədədir. Sent-Lüsiya 167, Syerre-Leona isə 120-ci yerdədir. Bu rəqiblərlə görüş millimizə hansı nəticəni verə bilər?

- Bu cür rəqiblərə qarşı oynamağın da yaxşı tərəfi var. Məşqçi milliyə yeni dəvət olunanları sınaya bilər, komanda qələbə qazanarsa, gələcək üçün yaxşı motivasiya olar. Çünki millimizdə qələbə hissi çatışmır.

- Necə düşünürsüz, millidən kənarda qalanlar oldu? Ölkə xaricində oynayan azərbaycanlılar azdır. Onlar arasında Özancan Kökçünü qeyd etmək olar. Özancan Kökçü Niderland yüksək liqasında oynasa da, milliyə dəvət edilmədi. Necə düşünürsünüz, niyə dəvət edilmədi?

- Kökçünün milli komandamıza nəyə görə dəvət edildiyini bilmirəm. Yəqin ki, Ayxan Abbasov bu suala daha dəqiq cavab verə bilər.

- Şahruddin Məhəmmədəliyevin milliyə dəvət olunması isə çox müzakirə edildi. Çünki zədəli idi və tam bərpa olunmayıb, hətta "Qarabağ"da da oynamır...

- Bu suala da cavabı ancaq Ayxan Abbasov verə bilər. Düşünürəm ki, Şahruddin millimizin əsas qapıçısı olduğuna görə onu motivasiyə etmək üçün milliyə çağırıblar. Həm də təcrübəsindən yararlana bilərlər. Məncə, bu məsələni çox şişirtməyə ehtiyac yoxdur.

- Azərbaycan millisi Millətlər Liqasında Lixtenştyen və Litva yığmaları ilə qarşılaşacaq. Millimizin bu qrupdakı şanslarını necə dəyərləndirirsiniz?

- Yaxşı və maraqlı qrupdur. Bizim dişimizə uyğun rəqiblərdir. Millimiz bu qrupdan çıxmalıdır. Çünki Millətlər Liqasında bundan aşağı səviyyədə rəqiblər olmayacaq. Əminəm ki, millimiz hər iki rəqibi məğlub edəcək və turnirdə də 1 pillə yüksələcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Oxşar xəbərlər