top
Saşa İliç Zirə ilə oyundan sonra: Müdafiə xəttinə görə uduzduğumuzu deməzdim Sport24.az
08 fevral 2026, 21:36
- ↺ +

Saşa İliç "Zirə" ilə oyundan sonra: Müdafiə xəttinə görə uduzduğumuzu deməzdim

"Maraqlı oyun oldu, gözəl qollar gördük. Nəticədə biz uduzduq".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 19-cu turunun "Zirə" ilə görüşündən sonra keçirilmiş mətbuat konfansında deyib.

 

O, jurnalistlərin suallarını da cavablandırıb.

 

- Eksperimental müdafiə xətti ilə oyuna çıxmışdınız. Bunun məğlubiyyətinizə təsiri nə dərəcədə oldu? 

- Vüsal Paşayevi təbrik edirəm, çox yaxşı oynadı. Gələcəkdə klub üçün çox önəmli oyunçu ola biləcək. Hesab etmirəm ki, bu nəticə müdafiədəki dəyişikliklərlə bağlıdır. Rayanın mövqeyini dəyişdik. Çünki standart vəziyyətlərdə bizə lazımi yerlərdə olması üçün edirdik. Müəyyən məqamlarda daha yorğun görünürdü, amma bu da normaldır. Deməzdim ki, müdafə xəttinə görə uduzduq. Buraxdığımız ilk qolu müdafiə xəttinin səhvi kimi saymırıq. İkinci qol isə möhtəşəm cərimə zərbəsi idi. Üçüncü qolda hardasa müdafiə xəttinin səhvi oldu. Amma bu futboldur da, ona görə tam məsuliyyəti müdafiə xəttinin üzərinə atmazdım.

 

- Rüstəm Əhmədzadənin son vaxtlarda ehtiyatda qalması nə ilə bağlıdır? Daha çox sonradan meydana çıxır...

- O da komandamız üçün çox vacib oyunçudur. Rüstəmin zədəsi var idi, ona görə bir həftə məşq edə bilmədi. Formasını geri qaytarana qədər, meydana sonradan daxil ola bilir. Təbii ki, bu həftə məşqlərdə baxacağıq. Tam uyğun olsa, onu qarşıdakı həftədən əsas heyətdə meydanda görəcəyik.

 

- Ehtiyat skamyanız kasaddır. Qarşıda matçlar çoxdur. Bu məqam sizə nə dərəcədə problem yaradacaq?

- Əslində, 2 futbolçumuz da zədəlidir. Əgər onlar da oyuna qoşulsalar, bir az rahat olar. Mövcud oyunçulardan gələcəkdə maksimum istifadə edəcəyik.

 

- Mövsümün ikinci hissəsində yeganə qələbəniz "Karvan-Yevlax"la görüşdə qeydə alınıb. Bundan əlavə qış toplanışında da rəqiblərə uduzmusuz. Düşünmürsüz ki, qış toplanışı səmərəsiz keçib və komandanın performansında eniş müşahidə olunur? Bunu sırf toplanışla əlaqələndirmək olar ki, bəlkə rəqiblər düzgün seçilməmişdi..

- Toplanışda öz istəyim olub ki, bizdən daha güclü çempionatda oynayan komandalarla oynayaq. Özü də, hazırlıq zamanı oyunların nəticəsi mənim üçün vacib deyil. Hesab etmirəm ki, toplanışımız zəif keçib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 17:51

"Şamaxı-2 6-1lə Neftçi-2‑ni məğlub etdi"

Futbol
Bu gün, 17:49

"Sabah" - "Araz-Naxçıvan" matçının start heyətləri açıqlanıb

Futbol
Bu gün, 17:40

Mingəçevirdə maaş böhranı dərinləşib — futbolçular məşqi boykot edir

Qarabağ FK
Bu gün, 17:36

"Zirə"nin braziliyalı qapıçısı: "Komandama maksimum kömək edəcəyəm" – MÜSAHİBƏ

Futbol
Bu gün, 17:33

Batum hava limanında türk və israilli azarkeşlər arasında gərginlik yaranıb

Futbol
Bu gün, 17:30

Arteta "Mançester Siti" qarşılaşması öncə Mareskanı "çox yaxşı strateq" adlandırıb

Futbol
Bu gün, 17:29

«Bavariya»da Musialanın zədəsi və səhhət problemi komandada narazılıq yaradıb

Futbol
Bu gün, 17:25

PSJ 50 milyon avroya transfer etdiyi Ferran Torresdən narazıdır

Futbol
Bu gün, 17:20

"Rahid Əmirquliyev: Millimiz bütün oyunlarda qələbə qazanmalı idi"

Futbol
Bu gün, 17:00

Səbail klubu SOCAR vəzifəli şəxsin maliyyə məhdudiyyətləri və prezidentin şübhəli davranışı

Futbol
Bu gün, 16:55

"Polşada Emrelinin performansı yüksək qiymətləndirildi – ikincisi ən yaxşı oldu"

Futbol
Bu gün, 16:54

"Hypers" və "Şirvan" 2-ci Liqada heç-heçə barışıb

Futbol
Bu gün, 16:50

BATE 2026-cı mövsümdə yüksək liqadan düşdü

Futbol
Bu gün, 16:49

BATE tarixində ilk dəfə Belarusun yüksək liqasından düşmə təhlükəsi

Futbol
Bu gün, 16:20

"Turan" Tovuz "Şamaxı"-ı məğlub etdi, "Sabah" isə "Sumqayıt"ı 5:1 hesabı ilə yararaq çempionluq iddiasını bir daha təsdiqlədi

Futbol
Bu gün, 16:10

SSRİ millisinin sabiq müdafiəçisi Vasili Danilov 86 yaşında vəfat edib

Qarabağ FK
Bu gün, 16:10

Elvin Cəfərquliyev "Sumqayıt"la matçı buraxacaq

Futbol
Bu gün, 16:00

Kəpəzin Tovuzda gəlişi qarşılaşma təhlükəsizliyini artırdı

Futbol
Bu gün, 15:52

Fənərbaxçanın 22 yaşlı müdafiəçisi ilə Arsenal arasında danışıqlar başladı

Futbol
Bu gün, 15:51

PSJ rəhbərliyi Ferran Torresin son həftələrdəki performansından narazıdır

Futbol
Bu gün, 15:50

AMEA Prezidenti: Dövlət Qurumları Arasında Minifutbol Yarışı Gəncliyin İdman Bayramı Kimidir

Futbol
Bu gün, 15:40

Hakim qərarları rüsvayçılıq kimi qiymətləndirildi

Futbol
Bu gün, 15:30

"Willem II" Niderland çempionatında antirekorda imza atdı

Basketbol
Bu gün, 15:29

"Hassani Qravett "Sabah" klubunda müqaviləsini 2026/27 mövsümünə qədər uzatdı"

Oxşar xəbərlər