top
Sandro Şerer Qarabağın oyunlarını yaxşı tanıyan hakidir Idman.biz
19 yanvar 2026, 17:13
- ↺ +

Sandro Şerer "Qarabağ"ın oyunlarını yaxşı tanıyan hakidir

"Qarabağ"la Almaniyanın "Ayntraxt" klubu arasında futbol üzrə Çempionlar Liqasının əsas mərhələsinin oyununa təyinat alan isveçrəli hakim Sandro Şerer Ağdam təmsilçisini çox yaxşı tanıyır.

İdman.Biz-in məlumatına görə, 2015-ci ildən FIFA referisi olan təcrübəli isveçrəli hakim Qurban Qurbanovun komandasının iştirakı ilə oyunu artıq dördüncü dəfə idarə edəcək. Doğrudur, əvvəlki üç halda Şerer "Qarabağ"ın səfər matçlarında baş hakim kimi çalışıb.

Belə ki, o, 8 noyabr 2018-ci ildə keçirilmiş UEFA Avropa Liqasının 2018/19 mövsümünün qrup mərhələsində "Vorskla" (Ukrayna) – "Qarabağ" (0:1) matçının baş hakimi olub. Bundan başqa, UEFA Avropa Liqasının 2019/20 mövsümünün seçmə mərhələsinin pley-offunda 22 avqust 2019-cu ildə baş tutmuş "Linfild" (Şimali İrlandiya) – "Qarabağ" (3:2) qarşılaşmasını da o idarə edib.

Sandro Şerer həmçinin 5 noyabr 2020-ci ildə keçirilmiş UEFA Avropa Liqasının 2020/21 mövsümünün qrup mərhələsində "Sivasspor" (Türkiyə) – "Qarabağ" (2:0) oyununun baş hakimi olub. Bununla yanaşı, isveçrəli referi "Ayntraxt"ın iştirakı ilə keçirilən heç bir matçı baş hakim qismində idarə etməyib.

"Qarabağ"ın oyunları ilə yanaşı, Sandro Şerer beynəlxalq arenada Azərbaycan komandalarının iştirakı ilə keçirilən digər qarşılaşmalarda da hakimlik edib. O cümlədən, 9 sentyabr 2019-cu ildə Bakıda baş tutmuş Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Xorvatiya milliləri arasında keçirilən (1:1) matçın baş hakimi olub.

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" matçı çərşənbə günü, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
Bu gün, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
Bu gün, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
Bu gün, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
Bu gün, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Futbol
Bu gün, 05:36

Barselonanın gənc futbolçusu Cessi Bisivu Belçika U-21 və Qana millisi arasında seçim etməlidir

Futbol
Bu gün, 03:44

Məhəmməd Salahın Misir milli komandadan çıxması ölkədə mübahisələrə səbəb oldu

Futbol
Bu gün, 02:38

Arsenal, Tottenham, Liverpool və Manchester United Manchester City-yə qarşı 800 milyon funtluk iddia hazırlayır

Futbol
Bu gün, 02:13

Klopp ilk məğlubiyyətdən sonra sakit qalır: Bu, prosesin bir hissəsidir

Futbol
Bu gün, 01:47

Kamavinqa Fransa millisinin hücumçularının vəzifələri barədə açıqlama verdi

Futbol
Bu gün, 01:28

İspaniya mətbuatı Braziliya milli komandasını ‘Barselona’ stilinə bənzətdi

Güləş
Dünən, 23:40

Azərbaycan çimərlik güləşində iki qızıl üç bürünc medal qazandı, tarixdə ilk dəfə dünya çempionu oldu

Futbol
Dünən, 23:23

Qəbələ ilə Karvan-Yevlax arasında qolsuz bərabərlik

Şahmat
Dünən, 22:38

Vüqar Əsədlinin rəhbərliyi altında Qətər şahmat komandası Səmərqənddə qrup birinciliyini qazandı

Futbol
Dünən, 21:24

Jalə Məhsimova “Neftçi”də davam edəcək

Futbol
Dünən, 19:57

İmişli, Araz‑Naxçıvanı 1:3 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 19:30

Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər

Futbol
Dünən, 16:28

Azərbaycan U‑21 millisinin Şotlandiya ilə qarşılaşması üçün norveçli hakimlər təyin olundu

Basketbol
Dünən, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
Dünən, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Şahmat
Dünən, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək;

Futbol
Dünən, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Dünən, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Dünən, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Oxşar xəbərlər