"Sampdoriya" və Azərbaycanın U-21 yığmasının hücumçusu Lorenzo Mezzotero başqa kluba keçə bilər.
Sportal.az xəbər verir ki, 18 yaşlı forvard "İnter"in transfer siyahısındadır.
Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Milan təmsilçisinin skautları Lorenzonu diqqətdə saxlayacaq.
Xatırladaq ki, italiyalı ötən ay Azərbaycanın əsas millisinə də dəvət alıb, lakin zədələndiyi üçün düşərgəyə qoşula bilməyib. Mezzotero bu mövsüm B Seriyasında 6 matçda 4 qol vurub. "Neftçi"nin yetirməsi sayılan hücumçu 2025-ci ildən "Sampdoriya"nın formasını geyinir.