İtaliyanın "Sampdoriya" klubunun və Azərbaycanın U-21 millisinin hücumçusu Lorenso Mezzotero tezliklə klubunu dəyişə bilər.
Futbolxeber.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, "İnter" və "Yuventus" 18 yaşlı forvardla maraqlanır. Mezzeteronun "Sampdoriya"nın əsas komandasında son 4 oyunda 4 qol vurması nəhənglərin diqqətini çəkib.
Qeyd edək ki, gənc hücumçu bu mövsüm B seriyasında ümumilikdə 6 matçda forma geyib. Onun "Sampdoriya" ilə müqaviləsi 2030-cu ilin iyununa qədərdir.