top
Samir Abasov Neftçinin Avrokuboklara Vəsiqə Qazanmasına Reaksiyası Idman.biz
18 may 2026, 17:48
- ↺ +

Samir Abasov "Neftçi"nin Avrokuboklara Vəsiqə Qazanmasına Reaksiyası

"Arzu edirəm ki, "Neftçi" Avropada Azərbaycanı layiqincə təmsil etsin. Təki yaxşı, "dişli rəqib"lər düşsün. Bəxt amili də vacibdir. Qoy bəxtləri orada da üzlərinə gülsün. Uğurlar arzulayıram".

Bu sözləri "Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov deyib.

48 yaşlı mütəxəssis "ağ-qaralar"ın 2025/2026 mövsümünü 4-cü pillədə başa vuraraq 2 il sonra yenidən avrokuboklara vəsiqə qazanmasına münasibət bildirib.

O, "Sabah" - "Neftçi" (1:2) görüşünü izlədiyini də qeyd edib:

"Dünən vaxtım olduğundan həm o oyunu, həm də paralel yayımlanan "Zirə" - "Sumqayıt" (2:1) qarşılaşmasını izlədim. Mövsümün əvvəlində komandanı formalaşdırarkən inanırdıq ki, buna nail ola bilərik. Məqsəd avrokuboklar zonasına düşmək idi. Buna nail olmaları münasibətilə bütün "Neftçi" ailəsini, bu kluba aid olan hər kəsi təbrik edirəm. Avrokuboklarda da oyun günləri vaxtım olsa, fərq etməz "Neftçi", "Qarabağ" və ya "Sabah" - təmsilçilərimizin matçlarını izləyəcəyəm. Ümumilikdə isə oyunları daim izləyirəm desəm, düzgün olmaz. Vaxtım olanda baxıram".

S.Abasov mövsümün gedişində paytaxt təmsilçisinin uğursuz zolağa düşməsi və onun komandadan ayrıldığı vaxt 16 xalla 8-ci pillədə qərarlaşmasına da toxunub.

"Özüm də bu uğurda komandada olmaq istəyərdim, ya istəməzdim - bunlar mənasız şeylərdir. Bu, futboldur: bir komanda səninlə istədiyinə çata bilmir, digəri ilə çatır. Hamımızın gələcəyi var, inanıram ki, hər şey yaxşı olacaq. Fakt budur ki, mən olan vaxt komandada ciddi bəxtsizlik vardı. Hər oyunda 3-4 yüz faizlik qol epizodunu qaçırırdıq, qola çevirə bilmirdik. Bu da nəticələrə təsir edirdi. O oyunları xatırlayırsınızsa, elə məqamlar olurdu ki, izahı yox idi. Demirəm ki, futbolçularda istək yox idi. Əksinə, hamısı qələbə üçün alışıb-yanırdı, əziyyət çəkirdi. Sadəcə, olmayanda olmur. Bunun izahı yoxdur. İndi də eyni futbolçulardır və bütün olanlara görə onları qınaya bilmərəm. Sadəcə top qapıdan keçmirdi, buna da izah tapa bilmirdim. Kim bunu dilə gətirmir, yaxud istəmir, başqa fikirdədir, bunu müzakirə edəsi deyiləm. Hər kəsin öz fikri var. Qınayanlara da fikir vermirəm", - deyə o teleqraf.az-a açıqlamasında bildirib.

6 aydır işsiz qalan mütəxəssis yeni təkliflərin olmadığını da bildirib:

"Öz işimlə məşğulam, bunlar da futboldan kənar şeylərdir. Hansı ki, ev, təmir məsələləridir. Futbolda işləyəndə çatdıra bilmədiklərimi indi edirəm. Təklif olsa, işləyəcəyəm, olmasa, gözləyəcəyəm. Futboldan küsmək kimi fikrim yoxdur. Ola bilər ki, növbəti mövsüm işlədim, olmasa, gözləməliyəm".

Qeyd edək ki, Samir Abasovun istefasından sonra ötən il dekabrın 9-da "Neftçi" Yuri Vernidubla müqavilə imzalayıb. Ukraynalı mütəxəssisin rəhbərliyi altında "ağ-qaralar" 12 qələbə qazanıb, 4 heç-heçə edib və 2 məğlubiyyət yaşayıb. Komanda 56 xalla "Zirə"ni 3 xal qabaqlayaraq mövsümün sonuna bir tur qalmış UEFA Konfrans Liqasına vəsiqə qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Dünən, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Dünən, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Dünən, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Dünən, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Oxşar xəbərlər