top
Şamaxının qapıçısı Rikardo Fernandeşdən müsahibə: Ailəm üçün darıxmışam, Portuqaliyaya gedəcəyəm Idman.biz
18 dekabr 2025, 17:34
- ↺ +

"Şamaxı"nın qapıçısı Rikardo Fernandeşdən müsahibə: Ailəm üçün darıxmışam, Portuqaliyaya gedəcəyəm

"Turnir cədvəlinə çox da diqqət yetirmədən bütün xallar uğrunda mübarizə aparmaq istəyirik".

Bunu "Şamaxı"nın qapıçısı Rikardo Fernandeş sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Misli Premyer Liqasının 15-ci turunda "Şamaxı" "Zirə"ni evdə məğlub etməyi bacardı. Qarşılaşma sizin üçün necə yadda qaldı?

- Çempionatımızda ən yaxşı komandalardan birinə qarşı çətin bir oyun idi. Erkən qol buraxdıq, amma nəticəni dəyişdirmək üçün soyuqqanlılığımız və düzgün münasibətimiz var idi. Bu, bütün komandanın əla münasibəti və fədakarlıq ruhu idi.

- Komanda hazırda yeddinci pillədə qərarlaşıb. Bu nəticə sizi razı salır?

- Əlbəttə ki, turnir cədvəlinə baxırıq, amma yaxşı olub-olmadığını demək hələ tezdir. Təvazökarlıq və vicdanla iddialı olmalıyıq. Dəqiq məqsədlərimiz yaxşı müəyyən edilib və biz gündən-günə inkişaf etməyə çalışan klubuq. Sona qədər heç nə ilə kifayətlənmək istəmirik.

- Qış fasiləsinə qədər olan son turda "Araz-Naxçıvan"la qarşılaşacaqsınız. Bu görüşdə məqsədiniz nədir? Rəqib son turda "Qarabağ"a 1:5 uduzub...

- "Araz-Naxçıvan" Avropa yarışlarında iştirak etmiş komandadır. Bizi çox çətin səfər gözləyir və onlara qarşı oynamağın nə qədər çətin olduğunu bilirik. Son nəticəyə bu cür baxa bilmərik. Heç bir oyun eyni deyil. Çalışmalı və maksimum güclə mübarizə aparmalıyıq. Daha əvvəl də dediyim kimi, bu, Avropa komandasıdır və hər kəsin hörmətinə layiqdir.

- "Araz-Naxçıvan"ı məğlub etsəniz, onlara turnir cədvəlində çatacaqsınız...

- Turnir cədvəlinə çox da diqqət yetirmədən bütün xallar uğrunda mübarizə aparmaq istəyirik. Mümkün qədər çox xal uğrunda mübarizə aparacağıq. Sonda isə nəticə turnir cədvəlindəki mövqeyimizdən görünəcək.

- Qış fasiləsi zamanı Bakıda qalacaqsınız, yoxsa Portuqaliyaya yollanacaqsınız?

- Portuqaliyaya yollanacam. Uzun müddətdir ki, ailəmi və dostlarımı görməmişəm. Artıq qızım və nişanlım üçün çox darıxmışam.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:14

Fermin Lopes El‑Klasikoda uşaqlıq arzusu ilə çıxış etdiyini söylədi

Futbol
Bu gün, 03:10

FIFA prezidenti Canni İnfantino, İlham Əliyevlə görüşdə futbolun körpülər qurduğunu və dostluqlar yaratdığını qeyd etdi

Digər
Bu gün, 03:02

Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb

Digər
Bu gün, 02:18

Evloyevin məğlubiyyətsiz seriyası sona çatdı: Volkanovski böyük çempion kimi qalxdı

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Futbol
Bu gün, 01:41

De Zerbi: Tottenhamun 2-0 qalibiyyəti psixoloji irəliləyişimizlə bağlıdır

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Futbol
Bu gün, 01:07

Lans 2-1lə Parisə məğlubiyyət qazandı, liderlərə bir xal yaxınlaşdı

Digər
Bu gün, 00:55

Pyotr Yan üçüncü dəfə Dvalişvilini məğlub edərək UFC çempionluq kəmərini uğurla müdafiə etdi

Digər
Bu gün, 00:38

Mourinyo El-Klasiko öncəsi “Barselona”ya söz atdı: “Bizi də bezdirən şeylər var”

Digər
Bu gün, 00:31

Qavi El-Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Futbol
Dünən, 23:36

Berdıyev: Neftçi ilə 1-1 bərabərlikdə qapı qıran qola bütün komanda cavabdehdir

Digər
Dünən, 23:21

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

Digər
Dünən, 22:58

Millimizin üzvü üçün 56 dəqiqə

Güləş
Dünən, 22:56

Azərbaycanın Qazaxıstandakı səfirliyi dünya çempionatının finalına yüksələn Eldəniz Əzizliyə və Sənan Süleymanova uğurlar arzuladı

Futbol
Dünən, 22:55

Totenhem 2-0 ilə Çelsini məğlub etdi

Futbol
Dünən, 22:28

Kim Min Jae-nin Arsenal-a keçidi ehtimalı

Futbol
Dünən, 22:20

Şəfa baş məşqçisi Həşimov: 1:2 məğlubiyyət, oyun başlanğıcında pis, sonra toparlanıldı

Futbol
Dünən, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Dünən, 21:50

Neftçi baş məşqçisinin matç sonrası açıqlamaları: Futbolçuların düşüncələrini başa düşə bilmirəm

Digər
Dünən, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Oxşar xəbərlər