top
“Şamaxı”nın idman direktoru: Belə təcrübəni təkrarlamaqda maraqlı deyilik Sport24.az
24 may 2024, 11:00
- ↺ +

“Şamaxı”nın idman direktoru: "Belə təcrübəni təkrarlamaqda maraqlı deyilik"

I Liqada mövsüm başa çatdı. Ramiz Məmmədovun baş məşqçisi olduğu "Şamaxı"nın çempion kimi elitaya dönəcəyi heç kimə sirr deyil. 2023/24 "futbol ili"nə bir neçə gün öncə nöqtə qoyulsa da, "şirlər"in rəhbərliyi artıq yeni mövsümün konturlarını cızmağa başlayıb. Bununla bağlı Sport24.az-a müsahibə verən bölgə təmsilçisinin idman direktoru Kamran İsmayılov klubun gələcək planları barədə danışıb, transfer məsələlərinə toxunub.   

 

- Ötən ilin bu vaxtı I Liqaya yuvarlanmışdız deyə məyus idiz. Təxminən 1 ildən sonra aşağı dəstənin çempionu kimi yenidən elitaya vəsiqə qazandız. Təəssüratlarınızı bilmək istərdik...
- İndi deyəcəklərimə ola bilər çoxları inanmasın, amma biz qarşımıza ancaq çempion olmaq hədəfi qoymuşduq. Yəni, 2-3-cü pillələrdə qərarlaşmaqla İcraiyyə Komitəsinin komanda sayının artırmasına bel bağlamırdıq. Güzəşt barədə ümumiyyətlə, fikirləşmirdik. Necə ki, ötən "futbol ili"ndə sonuncu olub əsasnaməyə görə elitayla vidalaşdıqsa, bu mövsümdə reqlamentə əsasən çempion kimi Premyer Liqaya qayıtmaqla çoxlarına göstərdik ki, güclülər dəstəsində çıxış etməyə layiqik. Sevincimizin həddi-hüdudu yoxdu.

 

- Söylənilənlərə inansaq, artıq  elita çıxış edəcək komandanı formalaşdırmağa başlamısız...
- Hələki bir neçə gün istirahət edəcəyik. Amma nəzəri olaraq hazırlıqlara start vermişik. Görəcək işlərimiz var. Vaxtdan maksimum səmərəli istifadə edəcəyik.

 

- Hansı tədbirlər görəcəksiz?
- Stadionumuzda bəzi çatışmazlıqlar var. Arenanın işıqlandırma sistemi yoxdu. Qısa vaxtda bu nöqsanı aradan qaldırmalıyıq. Təbii ki, başqa problemlərimizdə var. Süni örtüyü dəyişməyi və oturacaq sayının artırmağı düşünürük. Təbii qazona keçid bir qədər vaxt və məsrəf aparacaq. Onu təxirə sala bilərik. Şamaxılılar ev oyunlarımızda bizi tək qoymur. Elə son qarşılaşmada da stadion tam dolmuşdu. Hətta oyunu ayaq üstə izləyən fanatlar da çox idi. Odur ki, oturacaqlarımızı bir qədər də artırsaq pis olmaz.

 

- Akademiya ilə bağlı vəziyyət necədi?  
- Bildiyiniz kimi komanda elitada çıxış edərkən yarı Bakı, yarı Şamaxıda məskunlaşmışdıq. Komanda I Liqaya düşdükdən sonra paytaxtdakı aşağı yaş qrupları üzrə bir neçə komandanın fəaliyyətini dayandı, bəzilərini isə Şamaxıya köçürdük. Amma ümumi götürəndə akademiyanın özəyini saxladıq, bir neçə yaş qrupu məşqlərini davam etdirdi. Onu da qeyd edim ki, hətta aşağı liqada çıxış edə-edə Avropa ölkələrinin bəzi futbol akademiyaları ilə əməkdaşlıq barədə görüşlərimiz olub. Odur ki, akademiyaya görə narahat olmağa dəyməz.

 

- Transfer çalışmalarına başlamısız?  
- İki-üç günə rəhbərliklə görüşümüz olacaq. Transfer və bir çox zəruri məsələləri müzakirə edəcəyik. Bundan sonra kimlərin qalıb, kimlərin gedəcəyi bəlli olacaq. Ümumi götürəndə ingilislər demiş özümüz üçün "şort list" tərtib etmişik. Hazırkı heyətlə I Liqada qarşımıza qoyulan məqsədə çatmışıq. Onların zəhmətinin üzərindən xətt çəkə bilmərik. Həmçinin müqaviləsi davam edən futbolçular var. Peşəkar klub olaraq yalnız kağız üzərindəki şərtlərə görə yox, həm də oyunçularımıza hörmət və ehtiramla yanaşırıq. Təbii ki, futbolçularla bağlı əsas qərar verəcək şəxs baş məşqçidi. Amma bir nüansı sizə dəqiq deyim ki, biz "Kəpəz", "Turan Tovuz" və "Araz-Naxçıvan" kimi komandanı dağıdıb yenidən qurmayacağıq. Belə təcrübəni təkrarlamaqda maraqlı deyilik. Odur ki, heyət tam dəyişməyəcək, komandamızın onurğa sütunu hesab olunan futbolçuların əksəriyyəti komanda da qalacaq.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Oxşar xəbərlər