top
Şahruddin Məhəmmədəliyev: Neftçi matçı, Nyukaslla oyun və zədə - Müsahibə Idman.biz
04 fevral 2026, 18:14
- +

Şahruddin Məhəmmədəliyev: "Neftçi" matçı, "Nyukasl"la oyun və zədə - Müsahibə

"Qarabağ" əvvəlki illərdə olduğu kimi "Neftçi" ilə matçda öz gücünü yenə meydanda göstərəcək".

Bunu Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.

O, Misli Premyer Liqasının XXI turunda qarşılaşacaqları "Neftçi"yə qarşı oyunla bağlı danışıb. Qolkiper UEFA Çempionlar Liqasında "Nyukasl"la (İngiltərə) görüşlər ərəfəsində "Neftçi" ilə qarşılaşmanın təxirə salınmamasına münasibət bildirib.

"Hər şey yaxşıya doğru gedir, İnşallah, həmin görüşdə lazım olan nəticəni meydanda qazanacağıq. Necə ki, son illər bunu etməyi bacarırıq. Düzdür, "Nyukasl"la qarşılaşma ərəfəsində çətinlik yarana bilər. Lakin unutmayaq ki, çətinliklər həmişə insanı maksimum işləməyə vadar edir. İnşallah, hər şey yaxşı olacaq. Bu gün bu yerlərə gəlib çatmağımızın səbəbi Allahın istəyi olub. Allah bizə qalib gəlmək üçün güc verib. Ona görə də, bu cür kiçik nüanslara görə narahat olmağa dəyməz", - deyə o, "Report"a açıqlamasında bildirib.

31 yaşlı qolkiper zədəsinin yavaş-yavaş sağaldığını söyləyib:

"Müalicəm öz axarı ilə davam edir. Müəyyən məşqlər edirəm, lakin hələ öz üzərimdə çox işləməliyəm. Meydana qayıdacağım müddət həkimlərin rəyindən sonra müəyyənləşəcək. Martda məşqlərə başlamağı planlaşdırırıq".

Ş.Məhəmmədəliyev fevralın 18-də Çempionlar Liqasının pley-offunda "Nyukasl"a qarşı keçirəcəkləri matçdan danışıb:

"Bu oyuna hələ vaxt var. Komandada əhval-ruhiyyə yüksəkdir. Lakin tam olaraq fikrimizi ölkə çempionatının və kubokunun oyunlarına yönəltmişik".

Xatıradaq ki, Şahruddin Məhəmmədəliyev ötən il noyabrın 16-da, Azərbaycan millisinin heyətində Fransaya qarşı matçda zədələnib.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-offunda "Nyukasl"la matça yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət edib. Komanda İngiltərəyə yollanmamışdan öncə Misli Premyer Liqasının 21-ci turunda "Neftçi" ilə oyunun təxirə salınmasını istəsə də, Bakı klubu bu təkliflə razılaşmayıb.

Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 14:38

Azərbaycan paragüllə atıcısı Kamran Zeynalov Dünya Kubokunda finala yüksəldi

Futbol
Bu gün, 14:23

Yoşko Qvardiol “Mançester Siti” ilə yeni müqavilə bağlayır

Futbol
Bu gün, 14:15

Bavariya Bara Sapoko Ndiayenin transferini tamamlayıb

Futbol
Bu gün, 14:15

“Bavariya” Bara Ndiayenin transferini tamamladı

Cüdo
Bu gün, 14:00

U-17 cüdoçular arasında Liqa yarışının III turu

Futbol
Bu gün, 13:51

İlham Əliyev U-15 Dünya Çempionatı ilə bağlı Sərəncam imzalayıb

Futbol
Bu gün, 13:23

"Marsel" "Real"dan futbolçu almaq istəyir

Futbol
Bu gün, 13:09

Messi komanda yoldaşlarına xüsusi hədiyyələr verdi

Voleybol
Bu gün, 12:55

Voleybol Federasiyasının baş katibi DGK-də vəzifəyə təyin olundu

Futbol
Bu gün, 12:40

Mançester Siti gənc yarımmüdafiəçini heyətinə qatmaq üçün addımlar atdı

Futbol
Bu gün, 12:11

Turan Tovuz "Fatih Karagümrük" ilə yoxlama oyununa çıxacaq

Digər
Bu gün, 12:00

Zaqatala klubu baş məşqçisiz qaldı

Futbol
Bu gün, 11:40

Arsenal 16 yaşlı istedadı transfer edir

Futbol
Bu gün, 11:20

Qalatasaray Camal Musiala ilə transfer iddialarını təkzib edib

Futbol
Bu gün, 11:00

„Neftçi“nin yetirməsi Kamran İbrahimov MOİK-də karyerasını davam etdirəcək

Futbol
Bu gün, 10:57

Kamal Umudlu Konfrans Liqası matçına hakim təyin edilib

Futbol
Bu gün, 10:35

FIFA referisi Kamal Umudlu UEFA Konfrans Liqasında hakimlik edəcək

Futbol
Bu gün, 10:33

D Ç-2026 finalının baş hakimi Slavko Vinsiç karyerasını başa vurub

Basketbol
Bu gün, 10:12

Azərbaycanın gənclər basketbol millisi Portuqaliya ilə üz-üzə

Futbol
Bu gün, 10:00

“Qarabağ” və “Samsunspor” Helio Varelada yarışır

Futbol
Bu gün, 09:43

Əl-Hilal Luis Diasın transferi üçün 150 milyon avro ödəməyə hazırdır

Güləş
Bu gün, 09:28

Bakıda güləş üzrə U-17 dünya çempionatı start götürəcək

Futbol
Bu gün, 09:19

Əl-Hilal Luis Diasın transferi üçün 150 milyon avro ödəməyə hazırdır

Basketbol
Bu gün, 09:13

Lebron Ceymsin transferi "Filadelfiya"nin bilet qiymətlərini artırdı

Oxşar xəbərlər