top
Şahin Diniyev: Qarabağa yeni transferlər lazımdır Idman.biz
18 may 2026, 22:16
- +

Şahin Diniyev: "Qarabağ"a yeni transferlər lazımdır

Tanınmış məşqçi Şahin Diniyevin fikrincə, "Qarabağ" futbolçularının çoxu uğura doyub və ölkə çempionatındakı nəticə bununla bağlıdır.

İdman.Biz xəbər verir ki, o, bu barədə qol.az-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Artıq Misli Premyer Liqasında mövsüm başa çatmaq üzrədir, medalçılar və avrokubok iştirakçıları bəllidir. Bu mövsüm necə keçdi və digərləri ilə hansı cəhətdən fərqləndi?

- Əvvəlcə onu deyim ki, legioner limitinin ləğvi Azərbaycan futboluna mənfi təsir edəcək. Bu, şübhəsizdir. Amma limitin ləğvinin klub futbolunda müsbət təsiri oldu. Çempionatda rəqabət artdı. 6-7 komanda avrokuboklar üçün mübarizə apardı. Bu rəqabət də çempionatın səviyyəsinin artmasına səbə oldu. Məncə, maraqlı və gərgin çempionat oldu. Turdan-tura vəziyyət dəyişirdi. Son turlara qədər avrokuboklara gedəcək komandalar bilinmirdi. Çempionluq bir az tez həll olundu. "Qarabağ" olan yarışda digər komandanın mövsümün sonuna bir neçə tur qalmış çempion olması bir az təəccüblü oldu. "Neftçi"nin yüksəlişi yaxşı mənada təəccüb yaratdı. Çempionatın əvvəlindəki və sondakı durumu kəskin fərqlənir. Komanda stabil olaraq inkişaf etdi və Konfrans Liqasına vəsiqə qazandı.

"Zirə"nin qıraqda qalması bir az təəssüf doğurur. Bütün çempionat boyu "Qarabağ" və "Sabah"dan sonra 3-cü komanda kimi "Zirə" görünürdü. Ancaq rəqabət artdığı zaman belə hallar yaşanır. Ola bilər ki, zədələr oldu, yaxud da hansısa rotasiyalar edə bilmədilər, bunu deyə bilmərəm. Amma "Zirə" də avrokuboklara layiq komanda idi. Yalnız "Zirə"nin hazırkı yeri bir qədər təəssüf yaradır. Digər bütün komandalar öz oyunlarına uyğun yerdədirlər. "Qarabağ"ın iki eyni heyətə malik olmaması çempionatda işini çətinləşdirdi. Legioner limitinin ləğvindən sonra "Qarabağ"da bu problem görünməyə başladı. Bütün güclərini Çempionlar Liqasında qoydular və yerli çempionatda onları əvəz edən heyət olmadı. Əvvəl ikinci heyətin də gücü çempionluğa çatırdı. Ancaq legioner limitinin ləğvindən sonra rəqiblər gücləndi, bir çox komanda 11 legionerlə oynadı. Ona görə də "Qarabağ"ın da ikinci olması təəccüblü deyil. "Zirə" istisna olmaqla hər komanda öz yerini tutdu.

- Çempionatın səviyyəsi ilə bağlı legioner limitinin ləğvi amilini qeyd etdiniz. Bəs Kurban Berdıyev, Valdas Dambrauskas, Yuri Vernidub kimi məşqçilərin klublarımıza gəlişi yarışa nə dərəcədə təsir etdi?

- Əlbəttə, məşqçi işi əsas şərtlərdəndir. Onların əməyini danmaq olmaz. Bir şeyi də qeyd edək ki, məşqçinin əlində lazım olan material yoxdursa, bir şey edə bilməz. Yəni məşqçilərin gəlişi ilə yanaşı, böyük maliyyənin olması da vacibdir. Çünki məşqçi istədiyi futbolçunu gətirməlidir ki, istədiyi nəticəni də versin.

- Yuri Vernidub "Neftçi"yə gələndən sonra heyət dəyişikliyi olmadı.

- Bəli, amma "Neftçi" əvvəldən komandanı qurmaq üçün yaxşı maliyyə ayırmışdı. Mən heç bir məşqçinin işini kiçiltmək istəmirəm. Təbii ki, məşqçilər arasında da rəqabətin olması vacib şərtlərdəndir. Böyük maliyyəni idarə etmək üçün yaxşı məşqçi lazımdır ki, qeyd etdiyiniz klublar o məşqçini tapdılar.

- Klublarımızın avrokuboklarda uğurlu çıxışına ümid etmək olar?

- Rəqiblərdən çox şey asılı olacaq. Ancaq bir şeyə əminəm ki, komandalarımız əvvəlki kimi ilk mərhələdən geri dönməyəcəklər, davamı gələcək. Nə qədər gedəcəkləri isə püşkatmadan, reytinqlərindən asılı olacaq. Transferlərdən də çox asılıdır. Ona da əminəm ki, klublarımız irəli getmək üçün lazım olan transferləri edəcəklər. Onların maliyyəsi də buna imkan verir.

- İlk dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Sabah"dan gözləntiniz nədir?

- "Sabah" yaxşı heyətə malikdir. Onlar birnəfəsə bu uğura çatdılar. Yəni komandada bir yüksəliş başladı və sona qədər getdilər. Çempionat və kubokda büdrəmədilər. "Qarabağ" olan yarışda bunları bacarmaq hər komandanın işi deyil. "Sabah"da artıq Avropa təcrübəsi də var. Düşünürəm ki, 1-2 mərhələni rahatlıqla keçəcəklər.

- Uzun illər Çempionlar Liqasında iştirak edən "Qarabağ"ın Avropa Liqasında oynaması nəticələrinə necə təsir edə bilər?

- Düzdür, indi asan rəqib yoxdur, amma bayaq qeyd etdiyim kimi, "Qarabağ"ın yaxşı avrokubok təcrübəsi var ki, bu da onların reytinqinə müsbət təsir edib. Hər halda Avropa Liqasındakı komandaların səviyyəsi Çempionlar Liqasına nisbətən bir pillə aşağıdadır. Buna görə də "Qarabağ" orda daha özünəinamlı olacaq. Daha qüdrətli və etibarlı bir "Qarabağ" görə biləcəyik. Onlar da mütləq heyətə əl gəzdirməlidir. Komandaya yeni nəfəs lazımdır. Bir çox oyunlarda göründü ki, bəzi futbolçular artıq Çempionlar Liqasından doyublar. Futbolçu nə qədər ac olarsa, o qədər istəkli olacaq. Mən klubun daxili işinə qarışa bilmərəm, amma görünən odur ki, bir çox futbolçu artıq nailiyyətdən doyub. Məncə, klub özü bunu hər kəsdən daha yaxşı anlayır. Düşünürəm ki, komandaya yeni nəfəs gətirəcək transferlər olacaq.

- "Turan Tovuz" və "Neftçi"nin Konfrans Liqasındakı çıxışlarından nə gözləyə bilərik?

- Azərbaycanda azarkeş dəyəndə ağıla gələn ilk bölgələrdən biri Tovuzdur. Bu bölgənin təmsilçisi 32 il əvvəl avrokuboklarda iştirak edib. Komandada bəzi mövqelər var ki, mütləq güclənməlidir. Bunu məşqçilər korpusu da bilir. Klubda yaxşı məşqçi işi var. Ən başlıcası nəticəyə oynayan bir klubdur. Bəlkə də, oyunları rəngarəng olmaya bilər, amma nəticəyə oynamağı bacarmaq asan deyil. Bu sarıdan düşünürəm ki, "Turan Tovuz"un da şansları pis deyil və ən azı bir mərhələni keçəcəklər.

"Neftçi"yə gəldikdə, onlar da yaxşı formadadırlar. Görünür ki, daxildə də yaxşı atmosferləri var. Bir az da güclənsələr, daha yaxşı olacaq. Bir çox mövqeyə, əsas da hücum xəttinə yeni oyunçu lazımdır. Məncə, komanda güclənsə, bir neçə mərhələ keçə bilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:34

Harry Kane Çempionlar Liqasında 10-cu sıraya çıxdı

Futbol
Bu gün, 06:19

“Sabah” Çempionlar Liqasının ilk turunda 0:4 məğlubiyyəti və 34‑cü yer

Futbol
Bu gün, 05:47

UEFA Çempionlar Liqasının ilk turunun həftə oyunçusu üçün dörd namizəd – Rafinya, Ferran Torres, Mark Bartra, Ermedin Demiroviç

Futbol
Bu gün, 04:30

Aziz Yıldırım: “İsmail Kartal istefasına baxmayaraq işini davam etdirəcək”

Futbol
Bu gün, 02:14

Manchester United baş məşqçisi Michael Carrick: “Sabah” güclü komandadır

Futbol
Bu gün, 01:36

Benyamin Şeşko: Sabah qapıçısının irəli çıxması qol üçün əlverişli şərait yaratdı

Futbol
Dünən, 23:57

Chelsea, Barcelona gənc futbolçusu Mark Bernalın transferi üçün mübarizə aparır

Futbol
Dünən, 23:20

Rafael Vieqaş yenidən “İmişli”də imza imzaladı

Futbol
Dünən, 23:00

Elhad Nəziri Gəncəbasarın Xankəndi üzərindəki 2:1 qələbəsini şərh etdi

Futbol
Dünən, 21:26

“Sabah”ın keçmiş məşqçisi Murad Musayevə RPL‑in iyul‑avqust aylarının ən yaxşı məşqçisi mükafatı verildi

Futbol
Dünən, 21:01

Turan Tovuz Aleksa Yankoviçü 3 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 20:50

"Zirə" futbol klubu Mərakeşli müdafiəçi Mehdi Mişahşahı 3 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 17:06

Kəpəz kapitanı Dioqo Verdaskanın sağ bud əzələsində yırtıq – 6 həftə müalicə;

Futbol
Dünən, 16:00

“Mançester Yunayted” əfsanəsi Paul Scholes “Sabah” qarşısında komandası üzərində tənqidini bildirdi

Futbol
Dünən, 15:37

“Kəpəz” – “Qəbələ” matçına 3500 bilet satılıb

Basketbol
Dünən, 12:23

“Neftçi” basketbol komandası Aleksa Stepanoviçlə mövsüm sonuna qədər müqavilə imzalayıb

Futbol
Dünən, 01:20

Coy-Lens Mikels: Çempionlar Liqasının ilk oyununda öz futbolumuzu dünya ilə paylaşmaq istəyirik

Futbol
Dünən, 01:03

Qalatasaray məğlub oldu, PSJ 6-1 qələbə ilə qol şousu etdi

Futbol
Dünən, 00:33

Sabah FK‑nin baş məşqçisi Valdas Dambrauskas, Manchester United ilə Çempionlar Liqası matcında komandanın həqiqi gücünü ölçəcək

Futbol
Dünən, 00:23

“Sabahın Ulduzları” Bakı Kubokunda “Neftçi” və “Sumqayıt” komandalarının inamlı qələbələri

Futbol
09 sentyabr 2026, 23:44

Skaloninin Argentina millisinin baş məşqçiliyi vəzifəsindən ayrılma düşüncələri

Futbol
09 sentyabr 2026, 23:24

Tibo Kurtua Belçika millisinin çıxışını müvəqqəti dayandırdığını açıqladı

Olimpiada
09 sentyabr 2026, 17:55

MPK rəhbərliyi Cənubi Koreyada “Muju Qran-pri” turnirində qızıl medal qazanan parataekvondoçularla görüşdü

Qolf
09 sentyabr 2026, 15:56

“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib

Oxşar xəbərlər