top
Şahin Diniyev: Kubok Finalında Taktika və İlk Qol Həlledici Ola Bilər Idman.biz
13 may 2026, 12:19
- ↺ +

Şahin Diniyev: Kubok Finalında Taktika və İlk Qol Həlledici Ola Bilər

"Mövsüm ərzində stabil çıxış edən iki layiqli komanda finala yüksəlib. Fikrimcə, tərəflərin şansları bərabərdir. Görüşün taleyini daha çox taktiki gedişlər və buraxılan ilk qol müəyyənləşdirə bilər".

Bu sözləri Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev Azərbaycan Kubokunda bu gün "Sabah" və "Zirə" komandaları arasında keçiriləcək final matçı barədə danışarkən deyib.

Mütəxəssisin sözlərinə görə, Premyer Liqada çempionluğu təmin edən "Sabah" mövsümü daha bir titulla başa vurmağa çalışacaq.

"Komanda artıq öz gücünü çempionatda sübut edib. İndi isə mövsümü "qızıl dubl"la başa vurmaq üçün yaxşı imkanları var və düşünürəm ki, bundan maksimum yararlanmağa çalışacaqlar", - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

Ş.Diniyev bildirib ki, "Zirə" üçün bu qarşılaşma təkcə kubok deyil, həm də avrokuboklara gedən ən qısa yol hesab olunur:

"Bu oyun komandanın avrokuboklara vəsiqə qazanmaq baxımından ən real şansıdır. Çempionatda vəziyyətləri istədikləri kimi deyil. "Neftçi" hazırda onları 3 xalla qabaqlayır. Bu səbəbdən kubokun finalı "Zirə" üçün həlledici qarşılaşma sayılır. Düşünürəm ki, futbolçular həm məsuliyyəti, həm də motivasiyanı yüksək səviyyədə hiss edəcəklər".

O, komandaların oyun üslublarına da toxunub:

"Maraqlı məqam odur ki, çempionatın ən məhsuldar hücum xəttinə malik "Sabah" ən etibarlı müdafiəsi olan "Zirə"yə qarşı oynayacaq. Bu baxımdan meydanda yalnız futbolçuların deyil, məşqçilərin taktiki mübarizəsini də izləyəcəyik. Hesab edirəm ki, komandalar ilk dəqiqələrdən açıq futbol nümayiş etdirməyəcək. Hər iki komandanın ehtiyatlı futbol oynayacağını düşünürəm".

Veteran futbolçu ilk qolun matçın taleyinə ciddi təsir göstərə biləcəyini də vurğulayıb: "Final qarşılaşmalarında ilk qol çox şeyi dəyişir. Qolu buraxan tərəf istər-istəməz risk etməyə başlayır, bu isə oyunda boşluqlar yaradır. Ona görə düşünürəm ki, ilk hissədə komandalar daha diqqətli davranacaqlar. Ümumilikdə isə finalın gərgin, taktiki mübarizə şəraitində və az qol epizodları ilə keçəcəyini gözləyirəm".

Qeyd edək ki, "Palms Sports Arena"da keçiriləcək "Sabah" - "Zirə" qarşılaşması saat 20:00-da başlayacaq. Ölkə kubokunun son qalibi "Sabah" komandasıdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Oxşar xəbərlər