"Sabah" Futbol Klubu bu axşam keçiriləcək "Qarabağ" ilə qarşılaşma öncəsi sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
İdman.Biz xəbər verir ki, azarkeşlər bu paylaşımı "Qarabağ"a atmaca kimi qəbul ediblər.
Böyük maraq doğuran Bizon Azərbaycan Kubokunun yarımfinal görüşü "Tofiq Bəhramov adına Respublika stadionu"nda baş tutacaq. Futbol azarkeşlərini gərgin və həyəcanlı bir duel gözləyir.
Matç saat 20:00-da start götürəcək.
Yarımfinal mərhələsinin cavab oyunları isə aprelin 21-22-də oynanılacaq.