AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 22-ci turunda "Qarabağ"la 3:3 bitən qarşılaşmanın sonlarında rəqib skamyaya qeyri-etik jest edən "Sabah"ın məşqçisi Valerio Zuddası cəzalandırıb.
İdman.Biz xəbər verir ki, komitə italiyalı çalışdırıcıya 7 oyunluq cəza verib.
"Sabah" klubu isə məşqçisinə görə 15 min manat cərimə ödəyəcək.