top
“Sabah”ın Çempionlar Liqası ev oyunları üçün bilet satış modeli haqqında klub açıqlaması Idman.biz
22 sentyabr 2026, 14:49
- ↺ +

“Sabah”ın Çempionlar Liqası ev oyunları üçün bilet satış modeli haqqında klub açıqlaması

"Bu satış modeli azarkeşlərin hər oyunöncəsi ayrıca bilet axtarmasına ehtiyacı aradan qaldırır, onlara əvvəlcədən bütün ev qarşılaşmalarında yerlərini təmin etmək imkanı verir".

Bu sözləri "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov UEFA Çempionlar Liqasının əsas mərhələsində komandanın ev oyunlarına azarkeş marağından danışarkən İdman.Biz-ə açıqlamasında bildirib.

"UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyimiz ev oyunlarına azarkeşlər tərəfindən böyük maraq göstərilir. Satışın ilk mərhələsində təqdim olunan biletlərin qısa müddətdə alınması da bunu bir daha göstərir", - deyə Həmidov söyləyib.

Dörd ev oyunu üçün biletlərin vahid formada satışa çıxarılmasında əsas məqsədin Çempionlar Liqasında "Sabah"ın bütün qarşılaşmalarını stadiondan izləmək və komandaya hər oyunda dəstək olmaq istəyən azarkeşlər üçün daha əlverişli imkan yaratdığını bildirən matbuat katibi dörd qarşılaşmaya giriş imkanı verən biletlərin Çempionlar Liqası səviyyəli oyunlar üçün münasib qiymətə təqdim olunmasının da məhz azarkeşlərin maraqları nəzərə alınaraq müəyyənləşdirildiyini vurğulayıb:

"Bu satış modeli azarkeşlərin hər oyunöncəsi ayrıca bilet axtarmasına ehtiyacı aradan qaldırır, onlara əvvəlcədən bütün ev qarşılaşmalarında yerlərini təmin etmək imkanı verir. Xüsusi olaraq qeyd edim ki, biletlər tükənməyib. Satış prosesi daha çox azarkeşin bilet əldə edə bilməsi və sistemdə yarana biləcək sıxlığın düzgün idarə olunması məqsədilə mərhələli şəkildə həyata keçirilir.

Klub olaraq azarkeşlərimizin göstərdiyi böyük marağı yüksək qiymətləndirir və anlayışlarına görə təşəkkür edirik. İnanırıq ki, Çempionlar Liqasının bütün ev oyunlarında tribunaları birlikdə dolduracaq və komandamıza güclü dəstək verəcəyik".

Qeyd edək ki, tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən "Sabah" evdə "Barselona", "Borussiya Dortmund", "Napoli" və "Slaviya Praqa" ilə qarşılaşacaq. Bakı təmsilçisi səfərdə isə "Arsenal", "Mançester Yunayted", "Vilyarreal" və "Vikinq"lə üz-üzə gələcək. "Sabah" ilk matçında səfərdə "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:07

Pol Skoulz Manchester United üçün ən uyğun baş məşqçi namizədi Antonio Konte olduğunu bildirir

Futbol
Bu gün, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Futbol
Bu gün, 19:45

PSJ: Xviça Kvaratsxeli sağ dizindən uğurla əməliyyat edilib

Cüdo
Bu gün, 19:32

Bakıda 20 yaşa qədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Futbol
Bu gün, 19:28

Arsen Venger Bakıda AFFA təşkilatçılığı ilə ümumiyyətlə məşqçilər üçün master-klassda iştirak edib

Digər
Bu gün, 19:27

Fərid Ələkbərov: ‘5:4’ Qələbə, Daha Yaxşı Oynadıq

Qarabağ FK
Bu gün, 19:25

“Qarabağ”ın 1/8 final rəqibi “Sumqayıt” oldu

Futbol
Bu gün, 19:20

Arda Turan Ukraynada qolunu itirən əsgərə qucaqlama və forma hədiyyəsi ilə unudulmaz jest göstərdi

Futbol
Bu gün, 18:59

Aleksey Batrakov qışda "Qalatasaray"ı tərk edə bilər

Futbol
Bu gün, 18:52

PSJ-nin ardıcıl Çempionlar Liqası uğurlarının əsas səbəbi: Luis Kamposun transfer strategiyası

Futbol
Bu gün, 18:43

Karrager: Keyn Tottenhamdansa, Qızıl Topu qazana bilməzdi

Futbol
Bu gün, 18:28

Mbappe La Liqa'dan üzr istədi

Futbol
Bu gün, 18:13

Mançester Siti - Brayton matçında Donnarumma əvəzinə Rulli qapıya çəkiləcək

Futbol
Bu gün, 18:09

Harri Kejn "Fial Ball" mükafatını qazanaraq tarixə düşdü

Futbol
Bu gün, 18:07

Araz‑Naxçıvanın məşqçisi Zaur İsmayılov: Rəqib kimindən asılı olmayaraq qələbə üçün mübarizə apardıq

Cüdo
Bu gün, 18:02

Azərbaycan U-23 Avropa Judo Çempionatı üçün 8 idmançı Neapolda yarışacaq

Digər
Bu gün, 18:00

Böyük futbol klublarının minifutbola qatılması çətindir

Futbol
Bu gün, 17:40

Çin şirkətləri Mbappé ilə reklam əməkdaşlığını video sonrası dayandırdı

Digər
Bu gün, 17:20

Avropada ilk sınaq: “DH Volley” təcrübəli “Holte”nin öhdəsindən gələ biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 17:20

Avropa Liqası: "Renn" – "Olimpiakos" oyununun vaxtı dəyişdirilə bilər

Digər
Bu gün, 17:00

Füzuli Məmmədov: “Heyətlə bağlı qərar verməmişəm”

Digər
Bu gün, 16:55

MOİK-in baş məşqçisi: “Zədəlilərin sayı çoxdur”

Futbol
Bu gün, 16:48

Vəli Qasımov Filipe Kandido‑nun gənclik dövrünü və “Sumqayıt”dakı məşqçilik fəaliyyətini tərifləyir

Digər
Bu gün, 16:41

Volkanovski evlilik ildönümünü hədiyyə ilə qeyd edərək UFC 333‑də qalib gəldi

Oxşar xəbərlər