top
Sabahdan böyükhesablı qələbə, yubiley qolu və 100-cü Premyer Liqa qələbəsi Idman.biz
11 mart 2026, 11:36
- ↺ +

"Sabah"dan böyükhesablı qələbə, yubiley qolu və 100-cü Premyer Liqa qələbəsi

"Sabah"ın futbolçusu Coy Lens Mikels Azərbaycan Premyer Liqası tarixində əlamətdar göstəriciyə imza atıb.

İdman.Biz Peşəkar Futbol Liqası-nın rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı hücumçu Misli Premyer Liqasının 23-cü turunda "Qəbələ" ilə keçirilən və 7:1 hesabı ilə başa çatan qarşılaşmada dubla edərək yubiley - karyerasının 50-ci qolunu vurub.

Azərbaycanda yalnız "Sabah"ın formasını geyinən Coy Lens Mikels bu göstəriciyə 102-ci oyununda çatıb. O, ölkə çempionatları tarixində 50 və daha çox qol vuran 44-cü futbolçu olub. Coy Lens Mikels dən əvvəl cari mövsümdə Abdullah Zubir və Emin Mahmudov da bu siyahıya daxil olublar.

Hücumçu 2021/2022 mövsümündə 11, növbəti çempionatda 17, 2023/2024 mövsümündə 1, ötən mövsümdə 9 qol vurub. O, cari çempionatda isə artıq 12 dəfə fərqlənib.

Həmin qarşılaşma "Sabah" üçün də tarixi nəticələrlə yadda qalıb. Paytaxt təmsilçisi Premyer Liqada ən böyükhesablı ev qələbəsinə imza atıb. Bakı klubu 7:1 hesablı nəticə ilə həm də tarixində ən böyük fərqli qələbə rekordunu təkrarlayıb.

Buna qədər komandanın ən böyükhesablı uğuru 23 dekabr 2022-ci ildə səfərdə "Sumqayıt" üzərində qazanılan 6:0 hesablı qələbə idi. 2022/2023 mövsümündə əldə olunan həmin nəticəni "Sabah" bu dəfə doğma meydanda təkrarlamağı bacarıb.

Bununla yanaşı, "Sabah" cari mövsümün ən böyükhesablı qələbəsinin də təkrarlanmasına nail olub. Belə ki, turun əvvəlki oyununda "Qarabağ" "Araz-Naxçıvan" üzərində 6:0 hesablı qələbə qazanmışdı.

Rekordu təkrarlayan Bakı təmsilçisi mövsüm ərzində bir oyunda 7 qol vuran ilk komanda olub. "Sabah" eyni zamanda klub tarixində ilk dəfə Premyer Liqa matçında 7 dəfə fərqlənib.

10:44

"Sabah" Premyer Liqada 100-cü qələbəsini qazanıb.

İdman.Biz Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Qəbələ" ilə ev oyununa təsadüf edib.

Bakı klubu Azərbaycan Premyer Liqasının 23-cü turunda 7:1 hesabı ilə qalib gəlib.

2018/2019 mövsümündən Premyer Liqada çıxış edən "Sabah" 235-ci matçında 100-ə çatıb. Bu qələbələrdən 52-si evdə, 48-i səfərdə əldə olunub. Paytaxt təmsilçisi turnirin tarixində 100 və daha çox oyunda qalib gələn 14-cü komandadır.

Qeyd edək ki, "Sabah" ilk qələbəsini 2018-ci il avqustun 12-də həmin vaxt "Keşlə" adlanan indiki "Şamaxı" üzərində qazanıb - 1:0.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Oxşar xəbərlər