top
“Sabah” klubunun Qvineyalı yarımmüdafiəçi Nəbi Keytaya marağı Idman.biz
01 sentyabr 2026, 14:20
- ↺ +

“Sabah” klubunun Qvineyalı yarımmüdafiəçi Nəbi Keytaya marağı

Bakının "Sabah" futbol klubu Macarıstanın "Ferentsvaroş" klubunda çıxış edən və Qvineya millisinin formasını geyinən yarımmüdafiəçi Nəbi Keytaya maraq göstərir.

İdman.Biz Macarıstanın "Öltözőn Túl" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu Çempionlar Liqasının əsas mərhələsində debüt etməyə hazırlaşan Bakı klubunun maraq dairəsinə düşüb.

Qeyd edək ki, hazırda söhbət məhz futbolçuya olan maraqdan gedir. Tərəflər arasında razılaşmanın əldə olunması barədə məlumat yoxdur.

Keyta 2026-cı ilin yanvarından "Ferentsvaroş"un daimi futbolçusudur. Bundan əvvəl qvineyalı yarımmüdafiəçi Bremen "Verder"indən Macarıstan klubunda icarə əsasında çıxış edib. Yarımmüdafiəçinin karyerasının ən tanınmış dövrü isə 2018-2023-cü illərdə formasını geyindiyi "Liverpul"la bağlıdır.

Keyta İngiltərə klubunun heyətində 2018/19 mövsümündə Çempionlar Liqasının qalibi olub. 2019-cu il iyunun 1-də "Liverpul" Madridin "Metropolitano" stadionunda keçirilən finalda "Tottenhem"ə 2:0 hesabı ilə qalib gəlib. Keyta isə "Barselona" ilə yarımfinalın ilk oyununda aldığı bud-əzələ zədəsi səbəbindən həlledici qarşılaşmada iştirak etməyib.

Qvineyalı futbolçu "Liverpul"la İngiltərə çempionu olub, klublararası dünya çempionatını, İngiltərə Kubokunu və Liqa Kubokunu qazanıb.

Bununla yanaşı, daha əvvəl "Sabah"ın digər yarımmüdafiəçi – Sankt-Peterburqun "Zenit" klubuna məxsus Du Keyrosu icarəyə götürməyə yaxın olduğu barədə məlumat yayılıb. "Sport-Ekspress"in məlumatına görə, 26 yaşlı braziliyalı futbolçu Bakı klubuna icarə əsasında keçməlidir. Daha sonra Keyrosun tibbi müayinədən keçmək üçün artıq Bakıya gəldiyi və "Sabah"ın mövsümün sonunda futbolçunu almaq hüququ əldə edəcəyi bildirilib. Keçid hələ rəsmən açıqlanmayıb.

Qeyd edək ki, "Sabah" gələn həftə Çempionlar Liqasının əsas mərhələsində debüt edəcək. Valdas Dambrauskasın komandası sentyabrın 10-da Bakı vaxtı ilə saat 23:00-da Mançesterdə "Old Trafford" stadionunda "Mançester Yunayted"lə qarşılaşacaq.

Bununla belə, Bakı klubunun məhz Çempionlar Liqası üçün heyətini gücləndirmək baxımından vaxtı ölkədaxili transfer pəncərəsinin müəyyən etdiyi müddətdən xeyli azdır. UEFA-nın reqlamentinə əsasən, turnirin əsas mərhələsində iştirak edəcək A siyahısı sentyabrın 2-də Mərkəzi Avropa vaxtı ilə saat 23:59-dan gec olmayaraq təqdim edilməlidir. Bu müddətdən sonra klub tərəfindən qeydiyyatdan keçirilən futbolçular Çempionlar Liqasının əsas mərhələsində çıxış edə bilməyəcəklər.

Əlavə edək ki, Azərbaycanda yay transfer pəncərəsi daha gec - sentyabrın 10-da saat 23:59-da bağlanacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Dünən, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Dünən, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Dünən, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Dünən, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Dünən, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Dünən, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Dünən, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Dünən, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Oxşar xəbərlər