top
Röyal Nəcəfov: Oyun ərzində “Səbail”dən çox üstün oynadıq, yalnız nəticədən narazıyam Idman.biz
03 aprel 2026, 17:58
- ↺ +

Röyal Nəcəfov: "Oyun ərzində “Səbail”dən çox üstün oynadıq, yalnız nəticədən narazıyam"

Birinci Liqanın 20-ci turu çərçivəsində dünən "Səbail"in qonağı olan "Baku Sportinq" 0:1 hesabı ilə uduzdu. Bu nəticədən sonra "dənizçilər" xallarının sayını 37-yə çatdıraraq ikinci pilləyə şərik oldular. "Baku Sportinq"in məşqçisi Röyal Nəcəfovl yenilgini barədə danışıb.

"Oyunun ağır keçəcəyi öncədən bəlli idi. İstər birinci, istərsə də ikinci hissədə "Səbail"dən çox üstün oynadıq. Oyundan öncə də dediyim kimi, meydana qələbə üçün çıxmışdıq. Qələbə əldə etməyə layiq futbol sərgilədik və çox sayda qol epizodu yaratdıq. Üç-dörd real qol vəziyyətindən faydalana bilmədik. Təyin olunan penaltini də lazımınca dəyərləndirmədiyimizi vurğulamalıyıq. Nəticə isə "vurmayana vurarlar" deyiminə uyğun oldu. Yalnız nəticədən narazıyam. Paltardəyişmə otağında ortaya qoyduqları futbola, göstərdikləri xarakterə görə uşaqların hər birinə təşəkkürümü bildirdim. Yalnız qol çatmadı. Bəzən belə də olur. İdman xoşbəxtliyi bizim tərəfimizdə deyildi. Komandamın göstərdiyi oyundan tam razıyam.

Qaçırdığımız penalti və ya ona qədər olan fürsətlərdən hansısa qola çevrilsəydi, meydandan böyükhesablı qələbə ilə ayrılacaqdıq. Vurduqları qolu nəzərə almasaq, rəqibin 90 dəqiqə ərzində qapımıza bir zərbəsi də olmadı. Qarışıqlıq zamanı top onların futbolçusunun önünə düşdü. Futbolda hər an vacibdir. Ani diqqətsizlik də məğlubiyyətlə nəticələnə bilir.

Yeri gəlmişkən, hakimlərin işindən razı qaldım. Oyunu yüksək səviyyədə idarə etdiklərini vurğulamalıyam. Matçın ağırlığının altından çıxa bildilər. Əsas odur ki, nəticəyə təsir edən səhvlər olmasın. Məncə, dünən belə bir səhv olmadı. Futboldur, bəzən biz də kənardan etiraz edirik. Amma reallıq budur ki, gərgin qarşılaşmada işlərinin öhdəsindən lazımınca gəldilər", - deyə o,fanat.az-a açıqlamasında bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 17:05

Bakı 2026 "Dünyanın İdman Paytaxtı" münasibətilə məktəblilər arasında velosiped birinciliyi keçirilib - FOTO

Futbol
Bu gün, 17:00

Dambrauskas: "Barselona" ilə qarşılaşma karyeramın zirvə oyunu olacaq"

Minifutbol
Bu gün, 16:55

Rahim Sterlinq şərti həbslə cəzalandırıldı

Formula 1
Bu gün, 16:51

Formula-1-də 2030-cu ildən 2,1 litrlik V8 mühərrikləri tətbiq olunacaq

Futbol
Bu gün, 16:40

Unay Emery "Qalatasaray"ın futbolçularının vaxt aparması və hakimin əlavə vaxtındakı qərarını tənqidaya tutdu

Futbol
Bu gün, 16:40

Luis Enrike PSJ ilə 14 il sonra UEFA Çempionlar Liqasında "Roma"ya qarşı üz-üzə gələcək

Futbol
Bu gün, 16:30

Rahim Sterlinq təhlükəli avtomobil idarə etdiyinə görə 12 aylıq şərti həbs cəzasına məhkum olundu

Voleybol
Bu gün, 16:30

AVF rəsmisi qadınlar arasında CEV Çempionlar Liqasının matçında supervayzer təyin edilib

Futbol
Bu gün, 16:21

„Barselona“ və „Real“ arasında barışıq müqaviləsi imzalanmayıb

Futbol
Bu gün, 16:20

Fransalı müdafiəçi Jül Kunde Bakıda baş məşqçini qəzəbləndirdi

Futbol
Bu gün, 16:20

Juventus üçün 3 yeni hücumçu namizədi

Qarabağ FK
Bu gün, 16:10

Qarabağın keçmiş futbolcusu Leandro Andrade'nin Polissya müqaviləsi: 1,1 milyon dollarlıq ilk mövsüm maaşı açıqlanıb

Futbol
Bu gün, 16:00

AFFA İntizam Komitəsi gənclər klublarına 0:3-lük texniki məğlubiyyətlər qazandırdı

Futbol
Bu gün, 16:00

“Sabah” bu axşam Çempionlar Liqasında “Barselona”ya qarşı meydan çıxacaq - Ümid var?

Futbol
Bu gün, 15:50

AFFA U-17 Liqasında 8 futbolçuya və bir məşqçiyə cəza verildi

Futbol
Bu gün, 15:50

Zəfər AFFA U-14 Liqasından kənarlaşdırıldı – "Sabah"la oyuna üç dəfə çıxmaqdan imtina etdi

Futbol
Bu gün, 15:49

Zlatan Ibrahimović MobLand serialında cinayətkar obrazını canlandıracaq

Futbol
Bu gün, 15:49

AFFA İntizam Komitəsi qərar verdi: Bəğirov və Hüseynova 3 oyunluq cəza

Digər
Bu gün, 15:46

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruşka ilə dərdəşəcək: "İlk məğlubiyyətini məndən alacaq"

Digər
Bu gün, 15:44

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruskayaya qarşı ilk məğlubiyyətini yaşadacağını bildirib;

Boks
Bu gün, 15:42

Tahir Abdullayev UFC-də ilk 15‑liyə meydan oxuyur

Futbol
Bu gün, 15:41

Elgün Əmiraslanov hakimi təhqir edərək 4 oyun cəza aldı

Futbol
Bu gün, 15:40

AFFA Sumqayıt komandasını və oyunçusunu cəzalandırdı

Digər
Bu gün, 15:40

Tahir Abdullayev UFC-də ardıcıl səkkizinci qələbəsini qazandı

Oxşar xəbərlər