"Roma" "Marsel"in hücumçusu Meyson Qrinvudla müqavilə imzalamağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şkiranın sosial media hesabında paylaşım edib.
"Roma" 24 yaşlı ingilislə şəxsi müqaviləni razılaşıb. Anlaşma 2031-ci ilə qədər qüvvədədir və illik 5 milyon avro maaş nəzərdə tutulur.
İtaliya klubu artıq "Marsel"lə danışıqlara başlamağa hazırdır. İngilis futbolçu Can Pyero Qasperininin əsas hədəfidir.