İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini hələlik "Nottingem Forest" klubu ilə əməkdaşlıq barədə razılığa gəlməyib.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalisti və insayder Fabrizio Romano "X" sosial şəbəkəsində yazıb.
Tərəflər danışıqlar aparsalar da, müqavilənin detalları üzrə razılıq əldə olunmayıb.
Qeyd edək ki, "Forest"in əvvəlki baş məşqçisi Anqelos Postekoqlu olub. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.
Mançini futbolçu kimi "Bolonya", "Sampdoriya" və "Latsio" klublarında çıxış edib. Məşqçi karyerasında isə "Latsio", "İnter", "Mançester Siti", "Qalatasaray" və "Zenit"i çalışdırıb. O, İtaliya millisi ilə 2020-ci il Avropa çempionatının qalibi olub.