Braziliyalı hücumçu Rişarlison "Tottenhem"in Premyer Liqa oyunları üçün heyətinə daxil edilməyib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Forvard çempionat matçları üçün sifariş edilməyib. Qərarın səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, Rişarlison 2022-ci ildən "Tottenhem"də çıxış edir. O, London klubunda 134 oyunda 32 qol vurub, 15 məhsuldar ötürmə edib.