top
Sadıqov: Hücum xəttini gücləndirərək qələbə məqsədi Sport24.az
Dünən, 22:00
- ↺ +

Sadıqov: Hücum xəttini gücləndirərək qələbə məqsədi

"Zirə" Misli Premyer Liqasının IX turunda doğma meydanda "Sumqayıt"ı 3:2 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Gözləyirdik ki, şən və baxımlı oyun alınacaq. İlk saniyələrdən komandalar bir-birinə təzyiq göstərirdi. O dəqiqələrdə bizdə daha yaxşı alınırdı. 30-35-ci dəqiqədən sonra komandada eniş oldu. Çox güc sərf etmişdik, rəqibə presinq etmişdik. O dəqiqələrdə enerjimiz aşağı düşdü, amma rəqibə epizod vermirdik. İkinci hissəyə passiv başlayırıq. Neçə oyundur ki, ikinci hissənin əvvəlində qol buraxırıq. Bu haqda danışırıq, amma bunu çözə bilmirik. Komanda 2:2-dən sonra irəli atıldı. Vacib qələbə qazandıq. Rəhbərliyimizi, futbolçularımızı təbrik edirəm.

 

- Ötən tur ağır Gəncə səfərindən son dəqiqələrdə 1 xal çıxardınız, bu gün isə 2:0-dan sonra oyun çətinləşdi. Bu mövsüm digərlərindən daha çətindir?

 

- Hansısa oyunun rahat olduğunu deyə bilmirəm. "Araz-Naxçıvan"ın oyununa baxdım, gözəl oynadılar. Son turlarda baxımlı futbol oynayırlar, amma qələbə qazana bilmirlər. Keçən il də belə idi, bu il də belədir. İldən-ilə hamı inkişaf edir, təcrübə toplayır. Rəqabət çətinləşir. "Sumqayıt" son 2 matçda möhtəşəm futbol oynadı. Bu məşqçinin gəlişindən sonra komanda olduqca baxımlı, mobil futbol oynayır. Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik. Bizdə də, onlarda da ciddi itkilər var idi.

 

- Oyunda daha çox əsəbi görünürdünüz. Bu, son matçlardakı qələbəsizlikdən irəli gəlirdi, yoxsa hakimin qərarlarına görə belə olmuşdu?

 

- Birinci hissədə gərgin idim. Oyunun əvvəlində bəzi epizodlar oldu. Amma ikinci hissədə hakimlərlə bağlı reaksiya vermədim. Fasilədə özümə söz verdim ki, sakit olacağam. Başa düşürdüm ki, ikinci hissə daha emosional keçəcək. İlk hissədə bəzi epizodlar oldu ki, bizi özümüzdən çıxardı. Kim haqlıdır, videogörüntülərdən sonra bilmək olacaq. Tək bizim oyunda deyil, başqa oyunlarda da baş verən hadisələr var. Gərgin oyun idi.

 

- Qışda yeni transferlər üçün büdcə ayrılıb?

 

- Seleksiyanı tamamlamamışıq. Komandaya sağ vinger gətirə bilmirik. Fərqli oyunçuları orada oynadırıq. Rəqabət apardığımız komandalara baxırıq, hücum xəttində hansı səviyyədə oyunçular oynayır, heyətləri genişdir. Rəqabətə tam gətirmək istəyiriksə, hücum xəttini gücləndirməliyik. İstəyərdim ki, mütləq şəkildə hücum xəttini gücləndirək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:57

Fransa Liqa 1: "Nitsa" "Brest"ə səfərdə 1:2 hesabı ilə geri qayıdaraq qalib gəldi

Futbol
Bu gün, 00:54

Torino, Monza qarşısında 3:2 hesabı ilə qalib gəldi

Futbol
Bu gün, 00:51

Elvin Yunuszadənin komandası Boluspor, Vanspor qarşısında 0:3 məğlub oldu

Digər
Bu gün, 00:42

“Borussiya” Bundesliqada ilk qələbəsini “Ştutqart” üzərində qazandı

Digər
Bu gün, 00:34

PSJ-nin “Lion”la oyunu təxirə salındı - Komandanı uğursuz statistika gözləyir

Digər
Bu gün, 00:30

Zirədəki 5 qol - Video

Digər
Bu gün, 00:19

Millimiz Malta yığmasına məğlub oldu

Futbol
Bu gün, 00:07

Cəlal Hüseynovun çıxış etdiyi 'Petrolul' komandası Botoşani’ni 3:1 məğlub etdi

Futbol
Dünən, 23:45

FIFA U-15 Dünya Çempionatı iştirakçılarının Bakıda pozitiv görüntüləri

Güləş
Dünən, 23:33

Azərbaycan güləşçilərinin Dünya Çempionatında ilk qarşılaşdıqları rəqiblər müəyyən olundu

Digər
Dünən, 23:31

Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu

Futbol
Dünən, 23:22

Kocaelispor səfərdə Alanyaspor’u 2-1 məğlub etdi

Futbol
Dünən, 23:12

Simeone: “Barselona” ilə çempionluq mübarizəsi mümkündür, lakin hazırda “Deportivo”ya fokuslanır

Futbol
Dünən, 22:56

Messi İspaniya Şahzadəsi tərəfindən 2026 Asturiya Şahzadəsi İdman Mükafatı ilə mükafatlandırıldı

Futbol
Dünən, 22:42

“Kəpəz”in 200 azarkeşi Gəncədən Sumqayıta səyahət edəcək

Voleybol
Dünən, 22:38

Super Liqa kişi voleybolunda yeni mövsümün ilk qalibləri müəyyənləşdi

Basketbol
Dünən, 22:27

“Sabah”ın baş məşqçisi Naxçıvan məğlubiyyətinin məsuliyyətini öz üzərinə götürdü

Futbol
Dünən, 22:18

“Arsenal” və “Liverpool” “Qalatasaray”ın 50 milyon funtlu yarımmüdafiəçisinə maraq göstərir

Basketbol
Dünən, 22:04

“Sabah” klubu Orxan Aydınla bir illik müqavilə bağladı

Digər
Dünən, 21:56

Azərbaycan Kür həndbol komandası Avropa Kubokunda 38:26 məğlubiyyətlə başladı

Digər
Dünən, 21:54

“Vüqar Həşimov” Avropa Kubokunu darmadağınla bitirdi, “Odlar Yurdu” medal şansını itirdi

Cüdo
Dünən, 21:49

Qaşim Maqomedov Qatar Open turnirində gümüş medal qazandı

Futbol
Dünən, 21:41

“Real Madrid” rəhbərliyi Kiliyan Mbappenin “Qızıl top” mükafatını qazanacağına ümid bəsləyir

Oxşar xəbərlər