top
Rəşad Sadıqov Araz-Naxçıvan - Zirə oyunundan sonra fikirlərini bölüşdü Sport24.az
23 may 2026, 22:25
- ↺ +

Rəşad Sadıqov "Araz-Naxçıvan" - "Zirə" oyunundan sonra fikirlərini bölüşdü

Misli Premyer Liqasının XXXIII turunun "Araz-Naxçıvan" – "Zirə" oyunundan (3:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

 

– Mövsümün son oyunu idi. Həqiqətən, avrokuboklara şansımız qalmadığı üçün matça köklənmək çətin oldu. Buna baxmayaraq, futbolçular əzmkar oyun göstərdilər. Bugünkü matç, dünən burda baş tutan "Sumqayıt" – "Qarabağ" oyunu (3:4) və digərləri, iddia qalmasa da, maraqlı keçdi. Bütün kollektivlər sona qədər mübarizə apardılar. Bu gün qələbə də qazana bilərdik, yaxşı şanslarımız oldu. Sadə səhvlərdən qollar buraxdıq. Mövsümü bitirdik, gələcəyi düşünmək lazımdır. Kollektivimizə, azarkeşlərimizə, rəhbərliyimizə dərin minnətdarlığımızı bildirirəm. Üç cəbhədə də sona qədər mübarizə apardıq. Hər birində son anda nəticəni əldən verdik. Vacib məqam odur ki, futbolçular əzmkar oynadılar. Nələrsə alınmadı, bunlardan nəticə çıxarmalıyıq.

 

– Çempionatı necə dəyərləndirərdiniz?


– Mükafatçıları, hamını təbrik edirəm. Avrokuboklarda iştirak edəcək komandalara uğurlar arzu edirəm, hər biri buna layiq idi. Bəzi məyus edən tərəflər var idi – meydançalar, oyunların fərqli stadionlarda keçirilməsi. Ancaq bu gün məğlub olan tərəfik, istədiyimiz nəticə olmadığı üçün çox şeyi danışmayacağam, fərqli anlaşıla bilər.

 

– Buraxdığınız birinci qolda qapıçının kobud səhvi oldu. İkinci qolda da sanki hakim xətası var idi…


– Aydın Bayramov özü də başa düşür ki, ilk qol onun məsuliyyəti idi. Amma Patrik Andrade də ağıllı zərbə vurdu. İkinci qoldan baş açmadım, VAR çağırdı, amma hakim öz qərarında qaldı. Sonuncu dəfə bizdə belə şey olanda, uzun müddət danışıldı. Görək, bu dəfə izah necə olacaq… Ümumiyyətlə, son iki matçda qaçırdığımız şanslar, buraxdığımız qollar ümumi mövsümün mənzərəsidir. Ötən illə müqayisədə daha yaxşı oyunlarımız oldu. Amma nəticələr olanda hər şey əla hesab edilir, nəticə olmayanda isə neqativ məqamlar önə çıxarılır.

 

– Mükafatçılardan üçü əcnəbi baş məşqçidir…


– İstər yerli, istərsə də əcnəbilər ambisiyalı komandalara gəliblər. "Sabah", "Neftçi"… "Turan Tovuz"a gəlincə, Berdıyevdən əvvəl Ayxan Abbasov orda yaxşı sistem qurmuşdu. Berdıyev də əlavələr edib, transferlər götürməklə fərqli səviyyəyə apardı. Amma məsələ tək əcnəbilərlə bağlı deyil. Klublar, klub rəhbərləri ciddi işlər görürlər, bunu danmaq olmaz. Hazırda iddialı komandalar ciddi seleksiya aparırlar. Bu, təkcə yuxarı pillələrdə qərarlaşanlara deyil, orta sıralarda olanlara da aiddir. Bu gün klub rəhbərləri çalışır ki, çempionatın səviyyəsi artsın və rəqabətə tab gətirsinlər. 8 il əvvələ boylansaq, görərik ki, klubların formalaşmasına çox vəsait ayrılmayıb. Amma bu gün hamı əlindən gələni edir. İnanıram ki, bu mövsüm ən azı üç klubumuz avrokuboklarda pley-off oynayacaq.

 

– Maliyyə məsələsi vacibdir. Sizdən daha yüksək büdcəsi olanlarla rəqabət aparmaq çətin deyil?


– Çətin deyil, amma əsas məsələ yayda seleksiyanı yaxşı etməkdir. Növbəti mövsüm daha rəqabətli yarış olacaq. Əlimizdən gələni edəcəyik ki, buna tab gətirə bilək. Uzun illərdir, Azərbaycanda əsas hədəf avrokuboklara qatılmaqdır. Son iki ildə ikinci olmuşduq, avrokuboklarda pley-offlara getmişdik. Rəqiblər də bizə fərqli köklənirdi. Fikrimcə, növbəti mövsüm bizim üçün daha yaxşı olacaq.

 

– Klub rəhbərliyi bu gün oyunu stadiondan izləyirdi. Sizcə, növbəti mövsümdə də bu hal davamlı olacaq?


– Orxan Məmmədov futbolu sevir.  Bu klub 12 ildir fəaliyyət göstərir. Son 6 ildə mən də burdayam. Orxan müəllim, nəticələr pis olanda da komandanı tənqid etməyib, müzakirələrimiz olub, amma kiminsə üzərinə həddindən artıq getməyib. Kubokun finalında məğlub olanda da meydana düşüb futbolçuları təbrik etdi. O, daim komandanın yanındadır. Orxan müəllimdə böyük futbol təfəkkürü var. Onlara təşəkkür edirəm, biz əlimizdən gələni etdik, sadəcə bəzi məqamlar çatmadı ki, istədiyimizə nail olaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:40

Tibo Kurtua "Real"ın tarixində ən çox matça çıxan 3-cü qapıçı olub

Minifutbol
Bu gün, 14:30

Araz-Naxçıvan: UEFA Çempionlar Liqasında uğursuzluq, Sadıqov rəqiblərin gücü haqqında

Futbol
Bu gün, 14:29

Real Madrid Tibo Kurtuanın gələcək əvəzləyicisi olaraq Brentfordun qapıçısı Bart Verbrüqgeni nəzərdən keçirir

Futbol
Bu gün, 14:20

Emre Belözoğlu Dinamo Kiev'i çalışdıra bilər

Futbol
Bu gün, 14:19

Arsenal, 14 il sonra Enfielddə ilk qələbəni əldə etdi

Qarabağ FK
Bu gün, 14:00

Vaqif Sadıqov: Neftçi Liderliyini Qorumaq Əsasdır

Voleybol
Bu gün, 13:59

"Xilasedici" klubunun meneceri: "Biz Avropada Azərbaycan voleybolunu layiqincə təmsil edəcəyik"

Futbol
Bu gün, 13:44

U-15 Dünya Çempionatı Azərbaycanın Futbolunu Gücləndirəcək

Basketbol
Bu gün, 13:29

"Gəncə"nin türkiyəli baş məşqçisi Murad Dikmen mövsüm hədəflərini açıqladı

Futbol
Bu gün, 13:27

“Vikinq”-“Sabah” matçını idarə edən Sander van der Eyk Azərbaycan millisinin İslandiya ilə oyundakı performansı barədə

Digər
Bu gün, 13:22

Bakıda 300 karateçinin iştirakı ilə "Zəfər Kuboku" turniri başa çatdı

Formula 1
Bu gün, 13:14

Maks Ferstappen Kimi Antonellinin Formula 1-də istedadından fəxr edir

Futbol
Bu gün, 13:07

“Vikinq” – “Sabah” matçını niderlandlı hakim briqadası idarə edəcək

Futbol
Bu gün, 13:00

Lamin Yamal Avropa top liqalarında qol və asistlər baxımından liderdir.

Futbol
Bu gün, 13:00

Neftçi skautları Macarıstan və Portuqaliyada legioner axtarır

Qarabağ FK
Bu gün, 12:59

Mateuş Silva “Qarabağ”ın qol problemlərinə işıq tutdu və azarkeşlərə meydanda cavab verəcəyimizi bildirdi

Formula 1
Bu gün, 12:58

Alpin komandası sürücüsü Franko Kolapinto Meksika Qran-prisində 10 saniyəlik cəza aldı

Digər
Bu gün, 12:29

Azərbaycanlı atlet Vüsalə Bentley 5 saat 3 dəqiqə plankla dünya rekorduna iddia edir

Futbol
Bu gün, 12:00

Zirənin futbolçusu Eren Aydın: “Araz-Naxçıvanla oyunda əlavə vaxt olsaydı, qalib gələ bilərdik”

Futbol
Bu gün, 11:59

Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakovun sərbəstqalma məbləği 55 milyon avro və müqaviləsi 2031-ci ilədəkdir

Güləş
Bu gün, 11:44

Məşqçilər altı medalı itirdiklərini qəbul edərək, güləş milli komandası Astana’da problemləri açıqladı

Futbol
Bu gün, 11:40

Ronaldo Paxtakor qarşısında səfər oyununda iştirak etməyəcək

Futbol
Bu gün, 11:24

Kamal Umudlu UEFA Gənclər Liqasında Villarreal-PSJ oyununun referisi olacaq

Digər
Bu gün, 11:22

Noyabrın 14-də Binə Atçılıq Mərkəzində Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Oxşar xəbərlər