"Real" Yurgen Kloppu baş məşqçi vəzifəsinə təyin etmək üçün əsas namizəd hesab olunur. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Kral klubu"nun rəhbərliyi bir neçə ildir ki, alman məşqçini yaxından izləyir və onun keyfiyyətlərini, xüsusən də xarizmasını və komandaları uzunmüddətli uğura aparma qabiliyyətini yüksək qiymətləndirir.
Qeyd olunur ki, tərəflər arasında hələlik rəsmi danışıqlar aparılmayıb. Lakin Klopp məşqçiliyə qayıtmaq qərarına gələrsə, "Real" onun yeni iş yeri ola bilər.
Qeyd edək ki, Kloppun son iş yeri 2024-cü ilin yayında ayrıldığı "Liverpul" olub.