top
Real Madriddəki qərəz, təhdidlər və qidalanma departamentinin yoxluğu: Keçmiş dietoloqun şok açıqlaması Idman.biz
19 dekabr 2025, 13:13
- ↺ +

"Real Madrid"dəki qərəz, təhdidlər və qidalanma departamentinin yoxluğu: Keçmiş dietoloqun şok açıqlaması

İspaniyanın "Real Madrid" klubunun sabiq qidalanma üzrə mütəxəssisi İtsiar Qonsales klubda çalışdığı dövrdə qarşılaşdığı problemlərlə bağlı açıqlama verib.

İdman.Biz "Marca"ya istinadla xəbər verir ki, 47 yaşlı mütəxəssis müsahibəsində "Real Madrid"in tibbi heyəti tərəfindən qərəzli münasibətə, hətta təhdidlərə məruz qaldığını bildirib. Onun sözlərinə görə, futbolçularla işi real nəticə versə də, bu, klubun tibbi departamentində narazılıq doğurub.

İtsiar Qonsales qeyd edib ki, futbolçular onunla işlədikdən sonra əzələ qıcolmaları, əzələ ağrıları, məşq və oyunlardan sonrakı ağır yorğunluq halları xeyli azalıb. Buna baxmayaraq, tibbi heyət onun fəaliyyətini qəbul etməyib və onu klub rəhbərliyi qarşısında gözdən salmağa çalışıb.

Qonsalesin sözlərinə görə, "Real Madrid"in prezidenti Florentino Peres onu şəxsən dəvət etsə də, tibbi departament sonradan prezidenti inandıraraq ona qarşı mənfi rəy formalaşdırıb. Keçmiş mütəxəssis bu barədə belə danışıb:

"Real Madrid"in qidalanma və diet planı? Orada ümumiyyətlə qidalanma departamenti yoxdur. Mən gələndə məsul həkim dedi ki, qida və əlavələrin zədələrə və performansa heç bir təsiri yoxdur. Aşpaz istədiyi məhsullarla yemək bişirir və məsələ bununla bitir. Mənə dedilər ki, gördüyüm iş faydasızdır".

İtsiar Qonsales həmçinin klub əməkdaşları tərəfindən həyatını məhv edəcəkləri və onu mümkün qədər alçaldacaqları ilə hədələndiyini bildirib. Bu təzyiqlərdən sonra o, istefa vermək qərarına gəlib, lakin hətta bu istefanın təsdiqi üçün məhkəmə mübarizəsi aparmalı olub.

Hazırda bütün bu proseslərin geridə qaldığını deyən İtsiar Qonsales, yaşadığı bu ədalətsiz və ağır dövrü ilk dəfə tam şəkildə ictimaiyyətə açıqlamağa qərar verdiyini vurğulayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:39

Ayxan Hüseynov: “0:0 dəyən oyundan sonra qələbə üçün daha çox çalışmalıyıq”

Futbol
Bu gün, 11:23

Lixtenşteyn yarıpeşəkar yığmasının Bakıdakı 0:0 nəticəsinə mediya və rəsmi orqanların reaksiyası

Futbol
Bu gün, 11:08

Gəncəbasar futbolçusu Kəpəzlə sınaq matçı öncəsi hazır olduğunu bildirdi

Futbol
Bu gün, 09:41

UEFA Millətlər Liqası: Günün əsas oyunları və qrup mübarizələri

Basketbol
Bu gün, 09:38

Maykl Cordanın 1998-ci NBA finalının forması 12,26 milyon dollara rekord qiymətə satıldı

Futbol
Bu gün, 09:20

Qana millisinin baş məşqçisi Karluş Keyroş 3 ayda ikinci dəfə istefa verdi

Futbol
Bu gün, 06:31

Kurtua açıqladı: “Atletiko” azarkeşlərinə yönəlmiş kimi görünən sözlər əslində Liverpoola yönəlmişdi

Futbol
Bu gün, 04:03

İspaniya millisinin futbolçusu Niko Uilyams zədə səbəbiylə düşərgədən ayrıldı

Futbol
Bu gün, 02:10

Almaniya və Portuqaliya üçün qalibiyyətlər

Futbol
Dünən, 22:38

Ayxan Abbasov: “Məsuliyyəti öz üzərimə götürürəm, qələbə üçün aşağıdan başlamalıyıq”

Futbol
Dünən, 22:14

Manchester United və Chelsea Tomas Araujo’nu transfer etmək istəyir

Futbol
Dünən, 21:39

AFFA Media və İctimaiyyətlə Əlaqələr Şöbə Rəhbəri Murad Axundov Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 19:09

Aqueronun “Mançester Siti”yə transferi: razılaşma masa örtüyündə imzalanıb

Basketbol
Dünən, 17:40

Basketbol Liqasında “Sabah” və “Neftçi” matçları təxirə salındı

Voleybol
Dünən, 16:40

U-20 qadın voleybol milli komandası Qubada EEVZA çempionatı hazırlığını davam etdirir

Futbol
Dünən, 16:40

U-17 Azərbaycan qızlar millisi Kosovoya 8:3, İrlandiyaya 0:16 hesabla məğlub oldu

Futbol
Dünən, 14:48

AFFA İkinci Liqa turnirində beş klub müxtəlif səbəblərlə cərimə aldı

Futbol
Dünən, 11:36

Türkiyə U-21 millisinin heyətinə iki futbolçu əlavə edildi;

Basketbol
Dünən, 11:19

Sabah basketbolunun legioneri Cerri Bleyks: “Komanda olaraq əlimizdən gələni etdik”

Futbol
Dünən, 09:20

Manchester United Jan-Filip Matetaya maraq göstərir

Futbol
Dünən, 09:02

UEFA Millətlər Liqası: Azərbaycan millisi Lixtenşteynlə bu gün 20:00‑də Bakıda qarşılaşacaq

Cüdo
Dünən, 06:29

Olimpiya çempionu Yeldos Smetov Bakıdakı cüdo dünya çempionatından imtina etdi: “Xalqım məni bağışlamaz”

Futbol
Dünən, 01:42

Ronaldonun şəxsi təyyarəsi Kopenhagenə endi - Portuqaliya millisi ilə yolları ayırdı

Futbol
Dünən, 01:25

İsveçrə Futbol İttifaqı Canni İnfantinonun FIFA prezidentliyi namizədliyinə dəstəyi geri çəkdi

Oxşar xəbərlər