«Real Madrid» futbol klubunun rəhbərliyi komandanın oyunların ilk dəqiqələrində mütəmadi olaraq qol buraxmasından narahatdır.
Oxu.Az xəbər verir ki, bu barədə «The Touchline» X sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin məlumatına görə, "kral klubu"nun rəhbərliyi baş məşqçi Joze Mourinyoya bu problemi həll etməkdə kömək etmək üçün kənar məsləhətçilərin cəlb olunması variantını nəzərdən keçirir.
Klub hesab edir ki, komanda hər oyunda geridönüşə arxalana bilməz. Hətta İspaniya çempionatında "Alaves" kimi rəqiblərlə qarşılaşmalarda belə bu yanaşma etibarlı deyil.
Qeyd edək ki, İspaniya La Liqasının 14 turundan sonra "Real Madrid" 33 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.