top
Rayo Valyekano: Məhdud İmkanlarla Avropa Tituluna Doğru Idman.biz
27 may 2026, 19:10
- ↺ +

"Rayo Valyekano": Məhdud İmkanlarla Avropa Tituluna Doğru

İspaniyanın "Rayo Valyekano" futbol komandası Konfrans Liqasının finalında tarix yazmağa hazırlaşır.

İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi bu gün həlledici oyunda İngiltərənin "Kristal Palas" futbol komandası ilə qarşılaşacaq. Görüş Leypsiqdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

"Rayo Valyekano"nun bu səviyyəyə yüksəlməsi xüsusi diqqət çəkir. Klub La Liqanın ən aşağı büdcələrindən birinə sahibdir və İspaniya çempionatının ən kiçik stadionlarından birində çıxış edir. "Estadio de Valyekas" cəmi 14 mindən bir qədər çox azarkeş tutur.

Madrid klubunun rekord transferi 11 milyon avro (22 milyon AZN) dəyərindədir. "Rayo Valyekano"da bilet satışı da müasir Avropa klublarından fərqli aparılır - azarkeşlər biletləri onlayn deyil, stadion kassalarından alırlar. Bu isə kassaların qarşısında uzun növbələrin yaranmasına səbəb olur. Klub mağazası isə anbar otağı ölçüsündədir.

Klubun şəraiti də uzun müddətdir müzakirə mövzusudur. Komandanın stadionu və məşq bazası ilə bağlı ciddi problemlər yaşanıb, hətta meydanın durumu bir neçə dəfə istifadəyə yararsız hesab edilib. Mövsümdən əvvəl baza üç ay müddətinə bağlanıb. Köhnəlmiş stadion siçovullarla doludur, tez-tez su kəsintiləri olur və kifayət qədər elektrik enerjisi yoxdur. Hətta bir dəfə VAR sistemi bu səbəbdən işləməyib.

"The Guardian" bu mövsüm "Rayo Valyekano"nun məşq bazası və ev stadionu ilə bağlı problemlərə görə başqa meydanlarda hazırlaşmağa məcbur qaldığını yazıb.

Bütün çətinliklərə baxmayaraq, "Rayo Valyekano" ilk dəfə olaraq avrokuboklara çıxıb və finala yüksəlib. İspaniya təmsilçisi bu yolda xarakteri, məhdud imkanları və azarkeş bağlılığı ilə diqqət mərkəzinə düşüb.

Komandanın hücumçusu Serxio Kamelyo "Rayo Valyekano"nu "başqa dövrdən qalan son komanda" adlandırıb. Onun fikrincə, bu klubun sadəliyi, köhnə futbol mühiti və azarkeşlərlə bağlılığı xüsusi cazibə yaradır.

Finalda "Rayo Valyekano"nun rəqibi olan "Kristal Palas" bu mövsüm transferlərə Madrid klubundan təxminən 21 dəfə çox vəsait xərcləyib. Buna baxmayaraq, "Rayo Valyekano" az büdcə və böyük xarakterlə Avropa tituluna bir addım məsafədədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:30

Chelsea və Fulham Real Madridin 21 yaşlı müdafiəçisi Yakobo Ramon üçün rəqabət aparır

Basketbol
Bu gün, 14:12

Azərbaycan komandası idmanında dönüş başladi: Basketbol, voleybol və həndbolda böyük nailiyyətlər

Basketbol
Bu gün, 14:05

Sumqayıt - Sabah oyunu Baki İdman Sarayında keçiriləcək

Futbol
Bu gün, 14:00

Ramik Hacıyev: Dinamo və Polissya ilə danışıqlarım var idi, lakin Metalist 1925 məni daha çox cəlb etdi

Futbol
Bu gün, 13:42

Aston Villa klubunun Ceymi Karragerə qarşı məhkəmə işi

Futbol
Bu gün, 13:30

Futbolun İnkişaf Fondunun 10-cu ildönümü

Futbol
Bu gün, 13:15

Kəpəz Misli Liqa matçında İmişliyə qarşı itki ilə çıxacaq

Basketbol
Bu gün, 13:10

FIBA Avropa Kubokunda “Gəncə” komandası texniki məğlubiyyət aldı

Futbol
Bu gün, 13:04

Azuma Abubakar, "İmişli" qarşısında oynamayacaq

Qarabağ FK
Bu gün, 13:00

“Qəbələ” üçün 9 illik həsrət – “Qarabağ”la 65-ci qarşılaşma, son qələbə 2017-ci il

Gimnastika
Bu gün, 12:50

Mingəçevirdə 8 noyabrda bədii gimnastika üzrə regional yarış keçiriləcək

Formula 1
Bu gün, 12:38

Ferstappen və Louson Meksika Qran-prisinin sərbəst yürüşündəki insident üçün cəzalandırıldı

Digər
Bu gün, 12:00

Ağatahir Əzimov açıqladı: Araz-Naxçıvanın uğursuzluğunun səbəbləri

Güləş
Bu gün, 11:58

Arseniy Djioyev 86 kq çəki qrupunda dördqat dünya çempionu Kayl Deyk ilə finalda görüşəcək

Cüdo
Bu gün, 11:48

Azərbaycanın üç cüdoçusu Neapolda U-23 Avropa çempionatında mübarizə aparacaq

Futbol
Bu gün, 11:28

Qalatasaray, rusiya yarımmüdafiəçisi Matvey Kislyak transferinə maraq göstərir

Futbol
Bu gün, 11:00

Dodo: Azərbaycan çempionatında oyun həmişə çətin olub, gələcəkdə yenidən çıxmaq istəyir

Futbol
Bu gün, 10:30

Everton qış dönəmində Manchester United hücumçusunu, Markus Rashfordu, icarəyə götürmək istəyir

Boks
Bu gün, 10:28

Tural Rahimov ‘Dəmir adam’ Düşənbədə Rusiyalı rəqibini məğlub etdi

Digər
Bu gün, 10:08

Tahir Abdullayev UFC Yolunda: İlk Addımlar, Çətinliklər və Həyat Hekayəsi

Cüdo
Bu gün, 10:00

Böyük Dəbilqə: Azərbaycan üçüncü cüdoçusunu mübarizəyə təqdim edəcək

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi Azərbaycana təklif olundu, amma heç kim maraqlı deyildi

Futbol
Bu gün, 09:58

“Barselona” El Klassikoda rekord gəlir əldə etdi

Futbol
Bu gün, 09:40

Lisandro Martines Manchester United ilə müqaviləsini uzatmayacaq

Oxşar xəbərlər