top
Rauf Məmmədov: Mançester Yunaytedin son qələbələri məni sevindirir, Karrikin gəlişi uğurlu oldu Idman.biz
26 yanvar 2026, 17:31
- +

Rauf Məmmədov: "Mançester Yunayted"in son qələbələri məni sevindirir, Karrikin gəlişi uğurlu oldu

İngiltərə Premyer Liqasında (İPL) "Mançester Yunayted"in son uğurları "Qırmızı şeytanlar"ın uzun illərdir sadiq və fəal azarkeşi olan Azərbaycanın aparıcı qrossmeysterlərindən biri Rauf Məmmədovu da biganə qoymayıb.

İdman.Biz-in məlumatına görə, İPL-in son iki turunda "Mançester Yunayted" çempionatın liderləri olan "Mançester Siti"ni (2:0) və "Arsenal"ı (3:2) məğlub edib. Bu nəticələr sayəsində yeni baş məşqçi Maykl Karrikin rəhbərliyi altında "Qırmızı şeytanlar" turnir cədvəlində dördüncü pilləyə yüksəlib və hətta çempionluq mübarizəsinə qoşulmaq şansı əldə ediblər.

"Mançester Yunayted"in azarkeşi olan azərbaycanlı qrossmeyster Rauf Məmmədovun fikrincə, bu qələbələrdə klubun yeni baş məşqçisinin rolu böyükdür.

"Mançester Yunayted"in son iki qələbəsi məni çox sevindirdi. Həm də xoşdur ki, məşqçi öz adamıdır. Düşünürəm ki, Sulşer də özümüzdən idi. Klubda həm nəticə, həm də oyun istəyirdilər və indi bunlar var. Ona görə də Karrikin "Mançester Yunayted"in başında olmasına sevinirəm. Komandanın çempionluq uğrunda mübarizə aparıb-aparmayacağına gəlincə isə, hesab edirəm ki, bu mövsüm əsas məqsəd yenə də Çempionlar Liqasına vəsiqə qazanmaqdır", – deyə Məmmədov bildirib.

Qeyd edək ki, daha əvvəl mediada Ule Qunnar Sulşerin "Mançester Yunayted"in mümkün qayıdışı ilə bağlı məlumatlar yayılmışdı. Lakin klub rəhbərliyi seçimində Karrikə üstünlük verib.

Bu il üçün planlarından danışan qrossmeyster bildirib ki, hazırda bütün diqqətini fevral ayında keçiriləcək Azərbaycan çempionatına hazırlığa yönəldib. Xatırladaq ki, Rauf Məmmədov həmin turnirdə son çempion statusunda çıxış edəcək.

"Hazırda Azərbaycan çempionatına hazırlaşıram və ötənilki uğuru təkrarlamağa çalışacağam. Turnir, əlbəttə ki, ötənilkindən fərqli olacaq, çünki Teymur Rəcəbov, Vasif Durarbəyli və Vüqar Əsədli iştirak etməyəcəklər. Buna baxmayaraq, çempionat çox güclü və rəqabətli keçəcək", – deyə şahmatçı qeyd edib.

Rauf Məmmədov həmçinin hazırda Niderlandın Veyk-an-Ze şəhərində keçirilən ənənəvi "Tata Steel Challengers" turnirində çıxış edən azərbaycanlı qrossmeyster Aydın Süleymanlının oyununa da münasibət bildirib. Hazırda Aydın lider cütdən yarım xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.

"Aydın əladır, artıq ikinci ildir ki, birinci yer uğrunda mübarizə aparır. Ona uğurlar arzulayıram və inanıram ki, sonda qələbə qazanacaq", - deyə R.Məmmədov əlavə edib.

Xatırladaq ki, ötən il Aydın Süleymanlı Veyk-an-Ze turnirində 1-2-ci yerləri bölüşmüş, lakin əlavə göstəricilərə görə ikinci pillə ilə kifayətlənmişdi.

Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 18:37

Vadim Kuramşın: "Sumqayıt"ın NTD ilə oyunda gücü çatmadı

Futbol
Bu gün, 18:35

Çerki Ekitike ilə forma dəyişdi, sonra fikrini dəyişdi - VİDEO

Futbol
Bu gün, 18:29

“Real Sosyedad” La Liqada “Levante”yə qalib gəlib

Futbol
Bu gün, 18:24

Mate Abuladze: "Qəbələ" ilə oyun turnir cədvəlinə görə prinsipial olacaq

Cüdo
Bu gün, 18:20

Gəncədə yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku: Açılış, yarışlar və finallar - YENİLƏNİR + FOTO

Futbol
Bu gün, 18:00

LEGO-nun reklam fırıldağı: Ronaldu, Messi və ulduzlar dublyorla əvəzlənib

Futbol
Bu gün, 17:58

Kiran Trippyer "Nyukasl"dan ayrılır

Futbol
Bu gün, 17:50

İngiltərə Kuboku: "Mançester Siti" "Liverpul"u darmadağın etdi və yarımfinala yüksəldi

Futbol
Bu gün, 17:47

Qvardiola yoldaşlıq oyunlarının mənasız olduğunu dedi

Basketbol
Bu gün, 17:47

Azərbaycan Basketbol Liqası: Pley-in mərhələsində "Gəncə" "Lənkəran"ı, NTD "Sumqayıt"ı məğlub etdi, "Naxçıvan" və "Şəki" də qalib gəldi

Basketbol
Bu gün, 17:42

Azərbaycan Basketbol Liqası: NTD "Sumqayıt" üzərində qələbə qazandı və pley-in mərhələsinin digər nəticələri

Futbol
Bu gün, 17:39

Macarıstanda U-19 liqasında biabırçı hesab: Komanda 1:50 hesabı ilə darmadağın edildi və liqadan qovuldu

Basketbol
Bu gün, 17:31

Halil Atlı: "Gəncə"nin əsas hədəfi pley-off mərhələsinə yüksəlməkdir

Futbol
Bu gün, 17:27

Son 10 İldə Yetirmə Satışından Ən Çox Qazanan Klublar

Gimnastika
Bu gün, 17:27

Kamandan Oxatma üzrə Bakı Şəhər Kubokunun Birinci Mərhələsinə Start Verildi: Paralimpiyaçılar Mübarizədə

Futbol
Bu gün, 17:20

İngiltərə Kuboku: 1/4 final oyunlarına baxış - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 17:13

Brunu Fernandeş Ronaldunun Premyer Liqadakı Rekordunu Təkrarladı

Basketbol
Bu gün, 17:09

Halil Atlı: "Əsas işimiz pley-offa köklənməkdir"

Basketbol
Bu gün, 17:03

Georgi Kondruseviç: Geniş heyətə malik rəqiblə rəqabət aparmaq çətindir

Futbol
Bu gün, 17:00

Kamilo Duran ata olur: "Ailəmiz böyüyür"

Futbol
Bu gün, 16:58

Ançelotti Neymarı Dünya Çempionatına çağırmayacaq

Cüdo
Bu gün, 16:49

Gəncə Avropa Kuboku: beş Azərbaycan cüdoçusu finalda + FOTO

Cüdo
Bu gün, 16:45

Natiq Bağırov: Gəncə Kuboku milli komandaya seçim turniridir

Futbol
Bu gün, 16:39

"Neftçi" İfeanyi Metyu ilə müqaviləni uzadır

Oxşar xəbərlər