top
Ramos Sevilya üçün Barselonanın gənc hücumçusuna göz dikib Idman.biz
28 may 2026, 05:45
- ↺ +

Ramos "Sevilya" üçün "Barselona"nın gənc hücumçusuna göz dikib

İspaniyanın "Sevilya" futbol klubunu almaq üçün hələ də mübarizə aparan Serxio Ramos paralel olaraq "Barselona"nın gənc hücumçusu Toni Fernandesi də komandaya gətirmək yönündə işlər görür.

İdman.Biz xəbər verir ki, Ramosun gələcək "Sevilya" layihəsində əsas hədəflərdən biri 17 yaşlı futbolçudur. "Barselona" ilə 2027-ci ilə qədər müqaviləsi olan Toni Fernandes "La Masiya"nın ən perspektivli hücumçularından sayılır.

Toni Fernandesin "Barselona Atletik"dəki mərhələsinin başa çatdığı hesab olunur. Kataloniya klubu onun inkişafı üçün daha rəqabətli mühit axtarır. Hans-Diter Flik gənc futbolçunu daha əvvəl əsas komandanın hazırlıq prosesinə cəlb edib. O, 4 yanvar 2025-ci ildə "Barbastro"ya qarşı İspaniya Kuboku oyununda əsas komandada debüt edib və həmin vaxt 16 yaş, beş ay, 17 günlük olub.

"Sevilya" isə hücum xəttini gəncləşdirmək və gələcəyə hesablanmış layihə qurmaq niyyətindədir. Toni Fernandes bu baxımdan Əndəlus klubunun planlarına uyğun profil kimi görünür. Ramosun komandada idman strukturunu yeniləmək üçün Mark Boyxasanı ön plana çıxaracağı da iddia olunur.

Transferin asan baş tutmayacağı qeyd edilir. "Barselona" futbolçu üzərində nəzarəti itirmək istəmir. Bu səbəbdən danışıqlarda icarə, geri alma bəndi ilə satış və ya qarışıq formula gündəmə gələ bilər.

Qeyd edək ki, Ramosun rəhbərlik etdiyi investor qrupu "Sevilya"nın alınması yönündə əvvəl razılaşdırılan şərtləri son mərhələdə dəyişib. Ramosun tərəfi ilkin 450 milyon avroluq (900 milyon AZN) razılaşmadan geri çəkilərək daha aşağı məbləğ təklif edib.

Məlumata görə, yeni təklif təxminən 220 milyon avro (440 milyon AZN) səviyyəsindədir. Plan 86 min səhm əvəzinə 30 min səhm almağı və 80 milyon avro (160 milyon AZN) əvəzinə 120 milyon avroluq (240 milyon AZN) kapital artırımı etməyi nəzərdə tutur. Bu halda Ramos "Sevilya"nın təxminən 60 faizinə nəzarət edə bilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 16:34

Ermənistan Bakıda keçiriləcək “Avrobasket-2027”də iştirak üçün müraciət edib

Digər
Bu gün, 16:26

Azərbaycan idmançıları Avropa turnirində 10 medal qazandılar - FOTO

Futbol
Bu gün, 16:20

Real Madrid

Futbol
Bu gün, 16:20

Utrextdə Entoni Korreya və Tamerus ayrıldı

Futbol
Bu gün, 16:19

İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı

Digər
Bu gün, 16:10

Onlayn və çap media subyektləri üçün müsabiqə elan edildi

Cüdo
Bu gün, 16:02

Rüstəm Alimli: "Dünya çempionatında ən azı bir qızıl medal qazanmağı hədəfləyirdik"

Boks
Bu gün, 16:02

2027-ci ildə Bakı və Almatıda UFC turniri keçiriləcək

Futbol
Bu gün, 16:00

CAS Afrika Millətləri Kubokunun qalibi sabah açıqlayacaq

Futbol
Bu gün, 16:00

Şamaxı stadionunda yenilik

Qarabağ FK
Bu gün, 15:53

Azərbaycan U-15 milli komandası Bayıl İnkişaf Mərkəzində təlim-məşq toplanışına başladı

Futbol
Bu gün, 15:50

Okan Buruk: Batrakovun oyunu bizim üçün çox vacibdir

Formula 1
Bu gün, 15:45

2030-cu ildə Formula 1 komandalarının mühərrik təchizatı sistemi dəyişəcək

Futbol
Bu gün, 15:41

İtaliyada qırmızı kart alan futbolçu bıçaqla meydanğa qayıtdığı üçün matç dayandırılıb

Futbol
Bu gün, 15:40

“Barselona”nın ən uzaq avrokubok səfəri – FOTO

Futbol
Bu gün, 15:40

Gələcəkdə “sükan”ı Fabreqasa tapşıra bilər - Gələcəkdə “sükan”ı Fabreqasa tapşıra bilər

Futbol
Bu gün, 15:38

"Sabah" - "Barselona: Mətbuat konfransları və açıq məşqlər

Futbol
Bu gün, 15:28

Tarixin özü Bakıda

Futbol
Bu gün, 15:20

Mançester Yunayted Luis Hollunu transfer etmək istəyir

Futbol
Bu gün, 15:20

Paris Saint‑Jünior Fransa nəhəngi cinah hücumçusu axtarır

Qarabağ FK
Bu gün, 14:53

“Kəpəz”in futbolçusu: “Daha yaxşı nəticələr əldə etməyə qadirik” - MÜSAHİBƏ

Futbol
Bu gün, 14:40

Azərbaycanlı FIFA referisinə növbəti təyinat

Futbol
Bu gün, 14:40

UEFA Gənclər Liqası: "Sabah" - "Barselona" matçı ona tapşırıldı

Futbol
Bu gün, 14:40

"Kəpəz"dən heç vaxt 1 manat artıq pul istəməmişəm" - Sabiq kapitandan NARAZILIQ

Oxşar xəbərlər