top
Rail Məlikov Toral Bayramovun Qarabağdan Bursaspora transferini müsbət dəyərləndirmir Idman.biz
26 may 2026, 21:05
- +

Rail Məlikov Toral Bayramovun "Qarabağ"dan "Bursaspor"a transferini müsbət dəyərləndirmir

Toral Bayramovun "Qarabağ"dan Türkiyənin I Liqasında çıxış edən "Bursaspor" klubuna transfer olunması yaxşı görünmür.

İdman.Biz bildirir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov deyib.

O, Report-a açıqlamasında Türkiyənin I Liqasında rəqabətin çox ağır olduğunu qeyd edib:

"Bursaspor" köklü komandadır. Türkiyə Superliqasının çempionu olub. Çox güman, Superliqaya çıxmaq uğrunda oynadıqları üçün yaxşı transferlər edirlər. I Liqaya asan baxmaq olmaz. Azərbaycan Premyer Liqası ilə müqayisədə orada ağır mühit var. Bizdə uzun illər bir komanda – "Qarabağ" hamıdan üstün olubsa, orada 5-6 klub Superliqaya yüksəlmək uğrunda mübarizə aparır. Həmçinin stadionlar, infrastruktur və şərait daha müasirdir. Səfər oyunları üçün uzun yol qət etmək lazım gəlir. Üstəlik, turnirdə güc futboluna daha çox önəm verilir. Aşağı yerlərdə qərarlaşan komandalar liqada qalmaq üçün çox sərt oynayırlar. Bu səbəbdən Toral Bayramovu bizim çempionatdan daha çətin sınaq gözləyir".

Vaxtilə "Dənizlispor"da forma geyinmiş keçmiş müdafiəçi Toral Bayramovun "Qarabağ"dan aşağı liqaya yollanmasını müsbət dəyərləndirmir:

"Neftçi"də kapitan olan vaxt məcburiyyətdən I Liqaya yollanmışdım. Çünki Azərbaycanda "transfer pəncərəsi" 2 gün əvvəl bağlanmışdı və başqa seçimim yox idi. Türkiyədən "Dənizlispor"la yanaşı, "Konyaspor" da təklif göndərmişdi. Lakin Toral üçün belə bir məcburiyyət yoxdur. O, həm "Qarabağ"ın, həm də millinin aparıcı simalarından biridir, fərqli mövqelərdə oynaya bilən universal futbolçudur. Onun üçün Superliqa klublarının təkliflərini dəyərləndirmək daha yaxşı olardı. "Qarabağ" kimi böyük və hegemon komandadan I Liqaya getmək yaxşı görünmür. "Bursaspor" köklü və vaxtilə çempion olmuş klubdur, lakin Toralın niyə bu qərarı verdiyini özündən öyrənmək daha yaxşı olar".

Rail Məlikov Toral Bayramovun yeni komandasında daim şansı qazanmasının asan olmayacağını əlavə edib:

"Heç kim elə düşünməsin ki, ora gedən kimi hər matçda meydana çıxacaq. Türkiyə futbolunda rəqabət çox sərtdir. Özünü doğrultdunsa, oynayacaqsan, əks halda ehtiyat oyunçular skamyasında oturacaqsan. Orada futbolçunun haradan gəlməsinə və keçmiş uğurlarına baxmırlar. Ümid edirəm ki, müqavilədə müəyyən nüanslar nəzərə alınıb. Torala gələcək karyerasında uğurlar arzulayıram".

Xatırladaq ki, "Qarabağ"dan ayrılan Toral Bayramov "Bursaspor"la 3 illik müqavilə imzalayıb.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

Kriştiano Ronalodonun toyu: Qonaqların siyahısı açıqlanıb

Futbol
Bu gün, 07:25

"Barselona"da La Masiya ənənəsi davam edir – Flik yenə gənclərə şans verir

Futbol
Bu gün, 06:14

AVRO-2028 seçmə mərhələsində ev sahiblərinin mübarizəsi

Futbol
Bu gün, 05:41

Avropa federasiyaları FIFA-nın kommersiya hüquqları planına etiraz edir

Futbol
Bu gün, 05:05

Latsio Armando Broyanı transfer etməyə çalışır

Futbol
Bu gün, 04:14

Tottenhem Savinyonu transfer etmək üçün 70 milyon avro ödəməyə hazırdır

Futbol
Bu gün, 02:16

Azərbaycanlı strimer Anar Abdullayev Transfermarkt-da ən populyar futbolçu oldu

Futbol
Bu gün, 01:50

"Napoli" Benua Badiaşili heyətinə cəlb etməyə çalışır

Boks
Bu gün, 01:11

İdi Aminin nəvəsi Şotlandiyada boksda qızıl medal qazanmaq istəyir

Güləş
Bu gün, 00:58

Ermənistan millisinin məşqçisi Bakıda keçirilən güləş çempionatının təşkilatını yüksək qiymətləndirdi

Futbol
Bu gün, 00:51

Roberto Mançininin İtaliya millisinə qayıdışını Sesk Fabreqas müsbət qiymətləndirib

Futbol
Bu gün, 00:32

Zidanın baş məşqçi təyinatını prezident yeni dövrün başlanğıcı adlandırdı

Futbol
Bu gün, 00:13

Botafoqo Luis Enrikeni yenidən heyətinə qatmaq istəyir

Futbol
Dünən, 23:33

İpsviç Premyer Liqada ən uzunboylu futbolçunu transfer edib

Şahmat
Dünən, 23:23

Dünya şahmat çempionluğu uğrunda keçiriləcək matçın ev sahibi Cenevrə olacaq

Futbol
Dünən, 23:18

Mbappe Zidanın Fransa millisinə baş çəkib

Futbol
Dünən, 23:03

Almaniya 2038 və ya 2042-ci il futbol dünya çempionatına ev sahibliyi etməyə namizəddir

Qarabağ FK
Dünən, 23:00

Qarabağ Avropa Liqası hazırlığında

Futbol
Dünən, 22:48

Azərbaycan klubları avrokuboklarda 70-ci səfər qələbəsini qazandı

Futbol
Dünən, 22:33

Real Madrid Leqanesi 4:1 hesabi ile darmadağın etdi

Futbol
Dünən, 22:28

Sabahın UEFA Çempionlar Liqasındakı qələbəsinin Azərbaycanın reytinginə təsiri

Futbol
Dünən, 22:19

Mark Kukurelya Luis de la Fuentenin tatuajını qoluna etdirib

Basketbol
Dünən, 22:04

“Gəncə” basketbol klubuna yeni baş məşqçi təyin edilib

Futbol
Dünən, 21:42

"İmişli" və "Karvan-Yevlax" 1:1 hesablı heç-heçə ediblər

Oxşar xəbərlər