top
Qurban Qurbanov Kopenhagen oyunundan sonra fikirlərini bölüşd&uuml Sport24.az
02 oktyabr 2025, 00:02
- +

Qurban Qurbanov "Kopenhagen" oyunundan sonra fikirlərini bölüşd&uuml

Çempionlar Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" – "Kopenhagen" oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəsəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu gün sanki meydanda birlikdə idilər. Gözəl qələbə oldu. 

Futbolçular "Kopenhagen"dən çəkinmədilər. Həddindən artıq ciddi mübarizə apardılar. Belə oyunlarda bir an olur ki, buna dözmək lazımdır. İkinci hissədə bunu hiss etdik. Rəqib riskə getdi. Top itkilərimiz oldu. Bu cür mübarizə aparmaq qarşıdakı oyunlarda bizə fayda verəcək. Yaxşı oyun və möhkəm mübarizə oldu. Rəqib komandanın baş məşqçisi ilə də danışdım. İş prinsipləri ilə maraqlandıq. Onlara uğurlar arzu edirəm, pozitiv kollektiv idilər.

 

– Püşkatmadan sonra desəydilər ki, iki oyuna 6 xal qazanacaqsız, inanardınız?


– Ümumi fikir olmalıdır. Bəlkə, hamıda belə inam olmaya bilərdi. Ancaq məndə həmişə inam olub. Ötən il çox yaxşı oyunlarımız olmuşdu, amma qələbə uzaq idi. İnam var idi ki, oyunumuzu qoruyub-saxlasaq, bir az da mübarizəni yaxşılaşdırsaq, nəticələri yaxşılaşdıra bilərik. İşimə həmişə inamla yanaşıram. Meydanda da onlara bunu tövsiyə edirəm. İnam yoxdursa, bu oyunu oynamaq olmaz. Futbol kollektiv oyunudur. Biri çəkinsə, uğur əldə etmək olmaz. Düzdür, hər şeyə real baxmaq lazımdır. Amma meydana inamsız çıxmaq olmaz. Dəfələrlə olub ki, məğlub olsaq da, mübarizə aparmışıq. 6 xalı bəlkə gözləməzdim, amma inanırdım.

 

– Futbol ölkəsi olmayan bir ölkədə UEFA-nın nüfuzlu turnirində liderlər qrupunda olmaq necə hissdir?


– Çox gözəl, çox xoş. Azərbaycanın "Qarabağ"ıyıq. O yerlərdə olmaq möhtəşəmdir. Cənab Prezident də təbrik edib, təşəkkür edirəm. Məsuliyyətimiz daha da artır.

 

– Komanda sanki həyəcanlı deyildi. Qısa müddətdə bunu necə həll etdiniz?


– Təcrübə və sağlam kollektivlə. Həyəcan o zaman olur ki, kollektivdə nəsə zəiflik, güvənsizlik olsun. Vacibdir ki, kollektivimizi sağlam saxlayaq. Bunun rolu çox oldu.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər