top
Qəbələnin yarımmüdafiəçisi Ba Loua: Bu mövsüm bəxtimiz gətirmədi Idman.biz
29 may 2026, 13:31
- ↺ +

"Qəbələ"nin yarımmüdafiəçisi Ba Loua: "Bu mövsüm bəxtimiz gətirmədi"

"Mövqeyimiz daha yaxşı ola bilərdi. Mövsümün əvvəlində bizim üçün çox çətin idi. Əksər matçlarda çox yaxşı oynayırdıq. Şanslarımız olurdu, lakin onlardan istifadə edə bilmirdik".

İdman.Biz xəbər verir ki, bu sözləri "Qəbələ"nin yarımmüdafiəçisi Adriel Ba Louanın sport24.az-a müsahibəsində söyləyib.

Həmin müsahibəni təqdim edirik.

- Pley-off oyununda "Mingəçevir"i məğlub etməklə (2:0) Premyer Liqadakı yerinizi qorudunuz. Qələbəni necə şərh edərdiniz?

- Çətin oyun idi. Bilirdik ki, qalib gəlmək üçün hər şeyimiz verməli idik. Kubokda da "Mingəçevir"ə qarşı oynamışdıq. Onların taktikaları, oyun tərzləri barədə məlumatlı idik. Amma bu matçda əsas taktika yox, istək idi.

- Hazırkı reqlamentə əsasən, pley-off matçında Premyer Liqa klubu meydana 11, I Liqa təmsilçisi isə maksimum 3 legionerlə çıxa bilər. Bunu "Qəbələ" üçün əlavə üstünlük saymaq mümkündür?

- Xeyr, bunun ciddi fərq yaratdığını düşünmürəm. Əsas oyunçuların keyfiyyətidir.

- "Qəbələ" Premyer Liqada 11-ci oldu. Daha yaxşı yer tutmaq üçün nə çatışmadı?

- Biz də düşünürük ki, mövqeyimiz daha yaxşı ola bilərdi. Mövsümün əvvəlində bizim üçün çox çətin idi. Əksər matçlarda çox yaxşı oynayırdıq. Şanslarımız olurdu, lakin onlardan istifadə edə bilmirdik. Üstün olsaq da, qalib gəlməkdə çətinlik çəkirdik. Amma istənilən halda bunlar artıq geridə qalıb.

- İstədiyiniz kimi çıxış etməyinizə nə mane oldu? Hakimlərin nəticələrə nə qədər təsiri olurdu?

- Hər şey təsir edə bilər. Amma uğursuzluğu hakimlərin, yaxud başqa kiminsə üstünə ata bilmərik. Bunlar bəhanə olar. Əlbəttə, hakimlər də məsuliyyətli olmalıdırlar. Amma nəticəyə biz özümüz məsuliyyət daşıyırıq. Yaxşı oynamalı, qollar vurmalı, qələbə qazanmalıyıq. Ümid edirəm ki, növbəti mövsüm daha yaxşı olacaq.

- Qeyd etdiyiniz kimi, növbəti mövsüm daha yaxşı olması üçün "Qəbələ"də ilk növbədə nə dəyişmək lazımdır?

- Açığı, bu barədə heç bir fikrim yoxdur. Hər mövsüm fərqli olur. Bəxt amilinin də rolu var. Bu mövsüm heç cür bəxtimiz gətirmədi. İnanıram ki, növbəti mövsüm daha çox bəxtimiz gətirər.

- Azərbaycan Premyer Liqasının səviyyəsini necə qiymətləndirirsiniz?

- Yaxşı. Hətta bir qədər mənim üçün təəccüblü də oldu. Azərbaycan çempionatının səviyyəsinin bu qədər yüksək olacağını gözləmirdim. Düşünməzdim ki, bu dərəcədə maraqlı olacaq. Gözləntilərimdən daha üstündür. Məhz bu liqada oynadığım üçün şadam.

- "Qəbələ"dəki durumunuzdan razısınız?

- Bəli, burada özümü çox yaxşı hiss edirəm. Hər şey əladır. Komanda, məşq şəraiti, məşqçilər korpusu, rəhbərlik – bir sözlə, "Qəbələ" hər şey məni qane edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:31

Kurtua açıqladı: “Atletiko” azarkeşlərinə yönəlmiş kimi görünən sözlər əslində Liverpoola yönəlmişdi

Futbol
Bu gün, 04:03

İspaniya millisinin futbolçusu Niko Uilyams zədə səbəbiylə düşərgədən ayrıldı

Futbol
Bu gün, 02:10

Almaniya və Portuqaliya üçün qalibiyyətlər

Futbol
Dünən, 22:38

Ayxan Abbasov: “Məsuliyyəti öz üzərimə götürürəm, qələbə üçün aşağıdan başlamalıyıq”

Futbol
Dünən, 22:14

Manchester United və Chelsea Tomas Araujo’nu transfer etmək istəyir

Futbol
Dünən, 21:39

AFFA Media və İctimaiyyətlə Əlaqələr Şöbə Rəhbəri Murad Axundov Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 19:09

Aqueronun “Mançester Siti”yə transferi: razılaşma masa örtüyündə imzalanıb

Basketbol
Dünən, 17:40

Basketbol Liqasında “Sabah” və “Neftçi” matçları təxirə salındı

Voleybol
Dünən, 16:40

U-20 qadın voleybol milli komandası Qubada EEVZA çempionatı hazırlığını davam etdirir

Futbol
Dünən, 16:40

U-17 Azərbaycan qızlar millisi Kosovoya 8:3, İrlandiyaya 0:16 hesabla məğlub oldu

Futbol
Dünən, 14:48

AFFA İkinci Liqa turnirində beş klub müxtəlif səbəblərlə cərimə aldı

Futbol
Dünən, 11:36

Türkiyə U-21 millisinin heyətinə iki futbolçu əlavə edildi;

Basketbol
Dünən, 11:19

Sabah basketbolunun legioneri Cerri Bleyks: “Komanda olaraq əlimizdən gələni etdik”

Futbol
Dünən, 09:20

Manchester United Jan-Filip Matetaya maraq göstərir

Futbol
Dünən, 09:02

UEFA Millətlər Liqası: Azərbaycan millisi Lixtenşteynlə bu gün 20:00‑də Bakıda qarşılaşacaq

Cüdo
Dünən, 06:29

Olimpiya çempionu Yeldos Smetov Bakıdakı cüdo dünya çempionatından imtina etdi: “Xalqım məni bağışlamaz”

Futbol
Dünən, 01:42

Ronaldonun şəxsi təyyarəsi Kopenhagenə endi - Portuqaliya millisi ilə yolları ayırdı

Futbol
Dünən, 01:25

İsveçrə Futbol İttifaqı Canni İnfantinonun FIFA prezidentliyi namizədliyinə dəstəyi geri çəkdi

Voleybol
30 sentyabr 2026, 23:54

Azərbaycan U‑20 qadın voleybol komandası Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək

Futbol
30 sentyabr 2026, 23:51

Real Madrid Aleks Skottla transferini araşdırır

Basketbol
30 sentyabr 2026, 23:25

LANDAU Lions baş məşqçisi Erhan Toker məğlubiyyətin müdafiə problemləri və zədələr səbəbilə olduğunu açıqladı

Futbol
30 sentyabr 2026, 20:12

Azərbaycan futbol millisi Lixtenşteyn qarşısında oyun öncəsi açıq məşqini Tofiq Bəhramov stadionunda keçirib - VİDEO

Futbol
30 sentyabr 2026, 19:49

Ayxan Abbasov: Lixtenşteyn qarşısında qalib gəlmək üçün azarkeş dəstəyi vacibdir

Futbol
30 sentyabr 2026, 17:30

“Turan Tovuz” – “İmişli” futbol matçının yeri Yevlax stadionuna dəyişdirildi

Oxşar xəbərlər