top
“Qəbələ”nin veteranı Asif Məmmədov: “Keçmişdə çempionluq üçün, bu gün liqada qalmaq üçün mübarizə aparırıq” - Müsahibə Idman.biz
01 sentyabr 2026, 17:17
- ↺ +

“Qəbələ”nin veteranı Asif Məmmədov: “Keçmişdə çempionluq üçün, bu gün liqada qalmaq üçün mübarizə aparırıq” - Müsahibə

"Yaddaqalan oyunlarım çoxdur. Mən 2006-2007-ci və 2007-2008-ci il mövsümlərində də "Qəbələ"də çıxış etmişəm".

Bunu 10 ildən çoxdur "Qəbələ"nin formasını geyinən 40 yaşlı futbolçu Asif Məmmədov klubun yaranmasının 21-ci ildönümü ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Uzun illərdir "Qəbələ"nin şərəfini qoruyursunuz. Bu illər sizin üçün nə ifadə edir?

– Düzdür, uzun illərdir buradayam. Demək olar ki, futbolda ilk addımlarımı bu komandada atmışam. Avropa Liqasının qrupunda oynamaq, ölkə kubokunu qazanmaq – hər biri çox xoş hisslərdir. Ümid edirəm ki, gələcəkdə klubun daha böyük – 30, 40 illik yubileylərini qeyd etmək nəsib olar və həmin günlərdə "Qəbələ"nin yanında olarıq.

– Ümumiyyətlə, bu illər ərzində sizin üçün ən yaddaqalan oyun və ya maraqlı xatirələriniz hansılardır?

– Yaddaqalan oyunlarım çoxdur. Mən 2006-2007-ci və 2007-2008-ci il mövsümlərində də "Qəbələ"də çıxış etmişəm. Həmin illərdə komandanın Premyer Liqadan düşmək təhlükəsi var idi. Son dəqiqədə vurduğum qolla komandanın Liqada qalmasına böyük töhfə verdim. Daha sonra 2015-ci ildə Avropa Liqasının I təsnifat mərhələsində "Dinamo Tbilisi"yə vurduğum qolu qeyd edərdim. Mənim üçün ən önəmli və yaddaqalan oyun məhz həmin qarşılaşmadır. Mərhələni keçdik və həmin il Avropa Liqasının qrupunda oynadıq. Ölkə kubokunu iki dəfə qazanmışıq. Bu oyunlar və uğurlar karyeramda xüsusi yer tutur.

– Kluba ilk gəldiyiniz günlə bugünkü vəziyyəti müqayisə etsəniz, hansı fərqləri görürsünüz? Bu illər ərzində "Qəbələ"də nə dəyişib?

– Hər ilin öz xüsusiyyəti və fərqi olub. Çıxış etdiyim illər ərzində müxtəlif dəyişikliklər baş verib. Məsələn, əvvəlki illərdə çempionluq uğrunda, indi isə çempionatda qalmaq üçün mübarizə aparırıq. Təbii ki, arada böyük fərq var. Lakin kollektivdə, klub rəhbərliyində və ümumi ab-havada ciddi dəyişiklik olmayıb. İlk gündən burada isti münasibət və gözəl ab-hava olub, bu gün də belədir.

– Geridə qalan illər ərzində "Qəbələ"də bir neçə dəfə baş məşqçi dəyişikliyi olub. Dünən də gürcüstanlı mütəxəssis Kaxaber Sxadadze ilə yollar ayrıldı. Bu barədə nə düşünürsünüz? Qarşıdakı oyunlarda komandadan nə gözləyirsiniz?

– Nəticə olmayanda və bu vəziyyət uzun müddət davam edəndə dəyişiklik normaldır. Baş məşqçinin işi nəticə ilə qiymətləndirilir. Ümidvaram ki, qarşıdakı oyunlarda hər şey yaxşı olacaq. Yaxşı kollektivimiz var. Rəhbərlik qərar verəcək və gələcək planlar müəyyənləşəcək. Bu barədə mənim məlumatım yoxdur. Amma inanıram ki, "Qəbələ" üçün hər şeyin ən yaxşısı olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Futbolçularımıza inanıram.

– Komandanın bu mövsüm üçün əsas hədəfləri və məqsədləri nələrdir? Hansı pilləni tutmaq sizi qane edəcək?

– Nə qədər yuxarı pillələrdə olsaq, bir o qədər yaxşıdır. Hər bir klub kimi, biz də daha yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik. Çempionluq uğrunda mübarizə apardığımızı desəm, bu, bir qədər real görünməz. Amma ən azı Konfrans Liqasına vəsiqə verən pillələrdə qərarlaşmaq istəyirik. Futbolda hər şey mümkündür. Ötən mövsüm tutduğumuz mövqedə olmaq istəmirik. Son oyunda pley-offa vəsiqə qazandıq. Bu mövsüm daha yuxarı pillələrdə qərarlaşmağa çalışacağıq. Avrokuboklara vəsiqə qazanmasaq belə, ən pis halda 6-7-ci yerlərdə olmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik.

– "Qəbələ"nin 21-ci ildönümü ilə bağlı azarkeşlərə nə demək istərdiniz?

– Bütün "Qəbələ" azarkeşlərini ürəkdən təbrik edirəm. Onlar bu illər ərzində yağışda, qarda, istidə, bir sözlə, hər zaman bizim yanımızda olublar. Buna görə onlara təşəkkür edirəm. Hazırkı vəziyyətdə onların dəstəyinə daha çox ehtiyacımız var. Azarkeşlərdən stadionlara gələrək komandamızı dəstəkləmələrini xahiş edirəm. Ümid edirəm ki, növbəti oyunda da onları stadionda görərik və dəstəklərini hiss edərik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Bu gün, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Bu gün, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Bu gün, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Bu gün, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Bu gün, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Bu gün, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Bu gün, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Bu gün, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Bu gün, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Bu gün, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Bu gün, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Bu gün, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Bu gün, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Bu gün, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Bu gün, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Bu gün, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Bu gün, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Bu gün, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Bu gün, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Güləş
Bu gün, 19:58

Sumqayıtda gənclər üçün Abşeron‑Xızı regional cüdo turniri başlayacaq

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Futbol
Bu gün, 18:54

Roma müdafiəçisinin Mussolini soyadlı futbolçusu Serie A-də ilk qolunu vurdu

Oxşar xəbərlər