 Sport24.az
                                                    Sport24.az
                                            
                    
                    Azərbaycan Kubokunun II təsnifat mərhələsinin "Qəbələ" – "Mingəçevir" oyunu meydan sahiblərinin futbolçusu Prins Ovusu üçün əlamətdar olub. Sport24.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin görüşdə het-trikə imza atan 19 yaşlı qanalı legioner klub tarixinə bir matçda üç qol vuran 7-ci futbolçu kimi düşüb.
"Qəbələ"nin tarixində het-trik edən digər futbolçular Vüsal Qarayev, Fərzad Hatəmi, Teo Uiks, Baqali Dabo, Filip Ozobiç və Bilel Auaşeriyadır.
Qeyd edək ki, qarşılaşma Qəbələ təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
