"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib.
İdman.Biz xəbər verir ki, bölgə təmsilçisi albaniyalı Endri Çekiçi ilə 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə imzalayıb.
29 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerası ərzində "Dinamo" (Zaqreb), "Olimpiya" (Lyublyana), "Ankaragücü", "Konyaspor", "Pendikspor", "Adanaspor" kimi klublarda çıxış edib. O, son olaraq İraqın "Zakho" komandasının şərəfini qoruyub.
Çekiçi Albaniya millisində 11 oyunda meydana çıxıb və bir qol vurub.