"Kayrat"ın baş məşqçisi Rafael Urazbaxtin, komandanın Qazaxıstan Premyer Liqasındakı çempionluq titulunu qorumaq şansını itirməsindən sonra vəzifəsindən istefa verib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Urazbaxtin öz istəyi ilə istefa verib və klub rəhbərliyi onun istefasını qəbul edib.
Qeyd edək ki, oktyabrın 25-də "Kayrat" "Aktobe" ilə heç-heçə oynayıb. Komanda hazırda 64 xalla turnir cədvəlində ikinci yerdədir. Çimkent təmsilçisi "Ordabası" isə 68 xal toplayaraq artıq ölkə çempionluğunu təmin edib.