top
Qarabağın məşqçi köməkçisi Hüseyn Seyidov Qalatasarayda təcrübə keçib Sport24.az
Bu gün, 16:40
- +

"Qarabağ"ın məşqçi köməkçisi Hüseyn Seyidov "Qalatasaray"da təcrübə keçib

"Qarabağ" klubunun məşqçi köməkçisi Hüseyn Seyidov Türkiyənin "Qalatasaray" klubunda təcrübə proqramı keçib. Sport24.az xəbər verir ki, məşqçi klubun saytına açıqlamasında səfərin onun üçün həm peşəkar, həm də şəxsi baxımdan çox önəmli olduğunu deyib:

 

"Bu imkanı yaratdıqları üçün başda Əmrah Çelikel bəy və Qurban Qurbanov müəllim olmaqla hər kəsə təşəkkür edirəm. Bu, mənim üçün çox dəyərli bir təcrübə idi. Həm özümü sınamaq, nəyə qadir olduğumu görmək, həm də hansı sahələrdə biliklərimi artırmalı olduğumu dərk etdim. "Qalatasaray"da çox isti münasibətlə qarşılandım. Baş məşqçi Okan Buruk və qapıçıların məşqçisi Fadıl Koşutan hoca ilə günün 10 saata qədərini birgə keçirirdik. Video analizlərdən tutmuş, hər qapıçıya fərqli yanaşma prinsiplərinə qədər bir çox məsələləri müzakirə etdik. Müasir futbolun trendlərini yaxından izləmək və öyrənmək imkanım oldu".

 

Məşqçi köməkçisi Fadıl Koşutanla iş prosesinin onun üçün xüsusilə faydalı olduğunu qeyd edib:

 

"Fadıl Koşutan UEFA-nın "Pro" kateqoriyalı məşqçisidir. Onunla gün ərzində uzun müzakirələr aparırdıq. O, uzun illər Taffarel və Muslera ilə çalışmış mütəxəssisdir. Sonuncu gün artıq tam açıq fikir mübadiləsi şəraitində idik. Mənim bu qədər uzaq məsafədən sırf öyrənmək məqsədilə gəldiyimi bildirdi və bunu yüksək qiymətləndirdi. Bu münasibət mənim üçün əlavə motivasiya oldu. Açığı, oradan böyük bir özgüvənlə qayıtdım".

 

Seyidov "Qalatasaray" və "Qarabağ" arasındakı fərqlərdən də danışıb:

 

"Təbii ki, müəyyən fərqlər var. "Qalatasaray" Avropadakı yenilikləri çox tez mənimsəyir və onları öz sisteminə tətbiq edir. Bu baxımdan bizdən bir neçə addım öndədirlər. Amma artıq "Qarabağ"da da həmin yenilikləri tətbiq etməyə başlamışıq. Ümumi məşq prosesi baxımından isə ciddi fərq yoxdur. Sadəcə, orada qapıçı məşqçiləri üçün yaradılan şərait fərqlidir. Onların fərdi otaqları, xüsusi inventarları və analiz imkanları var. Bu, işin keyfiyyətinə birbaşa təsir edir".

 

O, bu istiqamətdə klub rəhbərliyinə də təkliflərini çatdırdığını bildirib:

 

"Rəhbərliyimiz bu məsələyə çox pozitiv yanaşdı və dəstək verdi. Düşünürəm ki, bu, bizim işimizin effektivliyini daha da artıracaq. Bu səfər mənim üçün həm təcrübə, həm də motivasiya baxımından böyük addım oldu. Əldə etdiyim bilik və təcrübəni artıq komandamızda tətbiq etməyə başlamışam".

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:27

"Mançester Yunayted" Federiko Dimarkonun transferi üçün "İnter"ə təklif göndərəcək

Futbol
Bu gün, 20:20

"Mançester Yunayted" və "Mançester Siti" Aleksandar Pavloviçə görə "Yuventus" və PSJ ilə rəqabət aparır

Futbol
Bu gün, 20:10

U-21 Avropa çempionatı: Azərbaycan və Şotlandiya arasında hesab bərabərləşdi (2:2)

Futbol
Bu gün, 20:06

U-21 Avropa çempionatı: Azərbaycan - Şotlandiya oyununun ilk hissəsindən sonra hesab - CANLI

Futbol
Bu gün, 20:06

II Liqa: "Qaradağ Lökbatan" "Xankəndi"ni məğlub edərək lider oldu

Futbol
Bu gün, 19:58

Azərbaycan U-17 millisi Avropa çempionatının seçmə mərhələsində Rumıniyaya 1:5 hesabı ilə uduzdu

Futbol
Bu gün, 19:51

U-17 millimiz Avropa çempionatının seçmə mərhələsində məğlubiyyət seriyasını davam etdirir

Futbol
Bu gün, 19:40

Yon Dal Tomasson İsveç Millisinin Baş Məşqçisi Postundan Uzaqlaşdırıldı

Olimpiada
Bu gün, 19:28

Milli Paralimpiya Komitəsində Avropa çempionatlarının medallı paralimpiyaçıları ilə görüş keçirilib

Şahmat
Bu gün, 19:28

Azərbaycan şahmatçılarının millisi Avropa çempionatında gümüş medal qazandı

Futbol
Bu gün, 19:28

Yaponiya millisi tarixində ilk dəfə Braziliyanı məğlub edib

Gimnastika
Bu gün, 19:24

CAS İsrailin gimnastlarının dünya çempionatına buraxılmaması ilə bağlı şikayətini rədd edib

Futbol
Bu gün, 19:20

Frank Lebofanın qızı Ceyddən çimərlik geyimində cazibədar FOTOLAR

Minifutbol
Bu gün, 19:09

Futzal üzrə Yüksək Liqada V turun nəticələri: "Neftçi" "Araz-Naxçıvan"ı məğlub etdi

Futbol
Bu gün, 19:09

Levandovskinin "Barselona"dakı gələcəyi qeyri-müəyyəndir

Futbol
Bu gün, 19:01

AFFA-da "Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi" layihəsi çərçivəsində seminar keçirilib

Futbol
Bu gün, 18:55

İnna Kvirtiya: Futbol mühitində qadınlar icazə istəmədən mövcudluqlarını qorudular

Futbol
Bu gün, 18:53

Azərbaycan U-17 millisi Avropa çempionatında Rumıniyaya uduzub

Futbol
Bu gün, 18:43

Zidan məşqçi kimi ən yaxşı oyununu açıqladı: "Yuventus" ilə Çempionlar Liqası finalı

Futbol
Bu gün, 18:40

Premyer Liqa hakimi Devid Kut uşaqla bağlı qeyri-etik video hazırlamaqda günahını etiraf edib

Futbol
Bu gün, 18:29

Marko Yankoviçin məşqlərə qayıdışı: "Qarabağ" üçün şad xəbər

Futbol
Bu gün, 18:27

Yamalın atasını bıçaqlayan şəxs girov müqabilində azadlığa buraxıldı

Güləş
Bu gün, 18:14

Hacı Əliyev: Həyatımda Lazımsız İnsanlar Olub, Onları Yaxınıma Buraxmazdım

Digər
Bu gün, 18:02

Tünzalə Ağayevanın idman zalındakı məşqləri: İdman uzun illərdir həyatımın bir hissəsidir - VİDEO

Oxşar xəbərlər