Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sonuncu yoxlama oyununu keçirəcək. Sport24.az xəbər verir ki, ağdamlılar Avstriya "Zaltsburq"u ilə üz-üzə gələcək.
Görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk sınaq oyununda Ukrayna "Metallist"inə (Xarkov) 4:5 hesabı ilə uduzub. Növbəti görüşdə "Tvente" ilə qarşılaşıb. Bir gündə Niderland təmsilçi ilə iki dəfə üz-üzə gələn Qurban Qurbanovun yetirmələri bir matçda qalib gəlibsə, ikincidən məğlub ayrılıb – 3:2, 1:2. "Köhlən atlar" Bakıdakı yoxlama görüşündə isə "Zirə"ni 4:0 hesabı ilə məğlub edib.