"Kəpəz"in Afrikadan baxışa dəvət etdiyi bir neçə futbolçunun duruma aydınlıq gəlib. Sport24.az bu barədə klubdakı etibarlı mənbədən məlumat əldə edib.
Gəncə təmsilçisi oyunçuların bir neçəsini geri göndərib. Onlardan cəmisi 2-si hazırda düşərgədədir.
Həmin futbolçular isə qarşıdakı yoxlama oyunlarında növbəti dəfə sınaqdan keçiriləcəklər.
Özlərini yaxşı tərəfdən göstərə bilsələr, onlarla müqavilə imzalanacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.